Qırmızı.az
Kürəkən qayınana və qayınatasını bıçaqladı - BAKIDA
Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində ərlə arvadın bıçaqlanması ilə nəticələnən ağır cinayət hadisəsi baş verib
Publika.az anspress-ə istinadən xəbər verir ki,
rayon hüquq mühafizə orqanlarına paytaxt sakini Yusif Cəfərovun və
onun həyat yoldaşı Ofeliya İlyasovanın ağır bıçaq xəsarətləri
alması barədə xəbər 3 saylı şəhər klinik xəstəxanasından daxil
olub. Müəyyən olunub ki, hər iki şəxsin vəziyyəti ağır olduğundan
dərhal cərrahi əməliyyat olunublar. Yaralılara bıçaq xəsarətlərinin
döş qəfəsindən yetirildiyi deyilir.
Hadisənin təfərrüatlarının araşdırılması isə rayon polisinə
həvalə edilib. İlkin məlumata görə, Yusif Cəfərovla Ofeliya
İlyasovanı kürəkənləri bıçaqlayıb. Bu, hələlik qonşuların
bildirdiyi ifadələr əsasında ortaya çıxan versiyadır. Qonşuların
sözlərinə görə, Oktyabr küçəsində yaşayan Cəfərovların kürəkəni
günorta saatlarında onlara gəlib və ailədaxili münasibətlər
zəminində mübahisələri yaranıb. Mübahisə gecə yarısına qədər uzanıb
və sonda ərlə arvadın bıçaqlanması xəbəri gəlib.
Kürəkənin sonradan hadisə yerini tərk etdiyi də deyilir.
Faktla bağlı ərazi üzrə 15-ci polis bölməsində əməliyyat-axtarış qrupu yaradılıb. Polis bölməsindən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs hələ ki saxlanılmayıb. Buna görə də cinayətin hansı səbəbdən baş verdiyi məlum deyil.
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı