Qırmızı.az
"Amerikanın səsi"nin müxbiri BDU-nun mühafizəçisini məhkəməyə verəcək
Fevralın 20-də Bakı Dövlət Universitetinin (BDU) qarşısında keçirilən tələbə nümayişi zamanı "Amerikanın Səsi"nin Bakıdakı müxbiri Tapdıq Fərhadoğluna fiziki hücum edilib.
Hücumu törədən mülki geyimli şəxsin BDU mühafizə xidmətinin əməkdaşı olduğu güman edilir.
Tapdıq Fərhadoğlu Publika.Az-a açıqlamasında yaxın
günlərdə həmin şəxs barədə məhkəməyə müraciət edəcəyini dedi:
“Həmin şəxsi tanıyıram, o, Bakı Dövlət Universitetinin
mühafizəçisidir. Mülki geyimdə idi, onun şəkilləri və videosu da
var. Kamera ilə çəkdiyim yerdə arxadan zərbə endirdi. Diqqətim
çəkdiyim istiqamətə idi, ona görə yaxınlaşdığını görmədim. Əvvəlcə
kamerama zərbə endirdi, sonra yumruq, təpik vurdu. Sonradan
dəfələrlə jurnalist olduğumu dedim və ondan tələb etdim ki, özünü
təqdim etsin. Amma o üzünü təqdim etmədən ərazidən uzaqlaşdı”.
T.Fərhadoğlu bu barədə materialların vəkili tərəfindən
toplandığını, yaxın günlərdə məlumatların lazımı orqanlara təqdim
ediləcəyini dedi.
Gülxar
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Hadisə21:36
Zaqatalada dönərdən zəhərlənənlərin SAYI ARTDI - YENİLƏNDİ
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO