Qırmızı.az
Bakı metrosunun unikal stansiyasının tikintisi bitdi - FOTO
Bakının ən nəhəng metrostansiyası bu ilin ortalarında istifadəyə veriləcək. Bakı Metropolitenində istifadəyə veriləcək “Memar Əcəmi-2” stansiyası nəhəngliyinə görə bu vaxta qədər tikilən metro stansiyalarından fərqlənəcək.
Bu barədə anspress əməkdaşına stansiyadan
hazırladığı reportaj zamanı Bakı Metropolitenindən bildiriblər.
Verilən məlumata görə, yeni xətlərdə ən müasir sistemlərlə təchiz
olunmuş 7 vaqonlu qatarlar hərəkət edəcək. Stansiya kompleksinin
uzunluğu 166,7 m, platformanın uzunluğu 144 m, dərinliyi isə 30,5 m
təşkil edir.
“Memar Əcəmi-2” stansiyası 5 mərtəbədən ibarət
olacaq. Hər bir mərtəbənin hündürlüyü isə 5,8 m-dir.
Metrostansiyanın 3 çıxışı olacaq. “Memar Əcəmi-2” stansiyasında 16
eskalator, 4 lift işləyəcək.
Metrostansiyanı digərlərindən fərqləndirən
cəhətlərdən biri isə Azərbaycanda ilk dəfə olaraq “Memar Əcəmi-2”
stansiyasında “divarda qrunt” üsulunun tətbiq olunmasıdır. Bu da
tikinti zamanı ətrafa az ziyan vurmaq, daha az pul xərcləmək və s.
imkanları yaradır.
Müşahidələr zamanı artıq stansiyanın tikintisinin
başa çatdığını gördük. Hazırda stansiyanın içərisi təmir olunur.
Təmir başa çatdıqdan sonra stansiyaya avadanlıqlar gətiriləcək.
Yeni stansiyada müasir işıqlandırma ilə yanaşı, təbii
işıqlandırılma sistemi də tətbiq olunacaq.
Qeyd edək ki, “Memar Əcəmi-2” stansiyasında da
“Avtovağzal”da olduğu kimi təhlükəsizlik qapıları ilə platforma
stansiya yolundan ayrılacaq. Yəni, stansiyada sərnişinlərin
təhlükəsizliyini təmin edən şüşə qapılar (PSD)
quraşdırılacaq.
Təhlükəsizlik tədbirlərindən biri də stansiyaların
hər bir nöqtəsinin müşahidə kameraları ilə idarə olunmasıdır.
Təhlükəsizliklə yanaşı, sərnişinlərin rahatlığı da nəzərə
alınıb.
Belə ki, metroda ventilyasiya sistemilə yanaşı,
kondisioner sistemi də tətbiq olunacaq. Bununla da qışda metroda
sərnişinlər soyuqdan, yayda isə istidən əziyyət çəkməyəcəklər.
Eskalatorlardan əlavə, liftlər və travolatorlar
quraşdırılacaq.
Xüsusən də fiziki cəhətdən qüsurlu olanlara rahat
şərait yaradılacaq. Stansiyanın 9 giriş-çıxışı olacaq. Yanğın
təhlükəsizliyi məqsədilə ən müasir optimal sistemlər tətbiq
olunacaq.
-
Dünya13:04
NATO-nun 10 ən güclü ordusu hansılardır? - Yeni araşdırma Türkiyəni...
-
Sosial12:30
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
-
Sosial12:06
Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edildi
-
İqtisadi gündəm11:30
Azərbaycanda problemli kreditləri azaldan səbəb: Görün banklar nə edirlər
-
Art11:00
Ölümü ilə hamını yandıran aktrisa - Hər şeyi səhnəyə qurban verdi
-
Dünya10:20
Qərb Ukraynadan tezliklə imtina edəcək - İDDİA
-
Elm və təhsil09:34
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
-
Magazin201:15
Arda Gülər sevgilisi ilə FOTOsunu paylaşdı