Qırmızı.az
Bu gün Bakıya yağış, bölgələrə qar yağacaq - Hava Haqqında
Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində az yağıntı olacağı ehtimalı var.
Temperaturun gecə 2-4°, gündüz 6-8° isti, Bakıda gecə 2-4°,
gündüz 6-8° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 775 mm civə
sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz
təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə
yağıntı olacağı gözlənilir.
Temperatur gecə 0-5°, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 8-13°
isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, qar
yağacağı gözlənilir.
Temperatur gecə 1-6° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti
olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə havanın
yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 0-4°, gündüz 8-13° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında bəzi yerlərdə yağıntı olacağı, qar yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti,
dağlarda gecə 3-7°, yüksək dağlıq ərazilərdə 7-12°, gündüz 0-3°
şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında əsasən gecə və
axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Bəzi yerlərdə duman
olacaq.
Temperaturun gecə 0-5°, gündüz 9-14° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında bəzi yerlərdə yağıntı olacağı, dağlıq
ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman
olacaq.
Temperaturun gecə 3-5°, gündüz 8-13° isti, dağlarda gecə 2-7°
şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO