Qırmızı.az
"Xocalı faciəsini unutmadıq”
Bu gün «Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» İctimai Birliyinin “Xocalı Faciəsini unutmadıq” adlı tədbiri keçirilib.
Publika.Az-ın məlumatına görə, tədbirdə ziyalılar, QHT rəhbərləri, dövlət qurumlarından nümayəndələr, müharibədə əsir düşmüş şəxslər iştirak edib.
"Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Nadir Abdullayev Xocalı Soyqrımından əvvəl bir çox bölgələrdə oxşar hadisələrin törədildiyini, lakin bu soyqrımın kulminasiya nöqtəsi olduğunu dedi:
“Araşdırmalar sübut edir ki, faciəni törədənlər təkcə ermənilər olmayıb. Həmçinin Suriya vətəndaşları, ərəb əsilli şəxslər olub. Onlar Ermənistan höküməti tərəfindən yüksək mükafatlara layiq görülüblər. Çox təəssüf ki, bu hadisələr dünya ictimaiyyətinin gözü qarşısında baş versə də bu hadisəni törədənlər layiqli cəzasını almayıb”.
Tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı baş verən hadisəyə həmin dövrdə ölkəyə rəhbərlik edən şəxslər tərəfindən layiqli qiymətin verilmədiyini bildirib.
Onun sözlərinə görə, hadisədə ölənlərin sayı da reallıqdan çox azdır:
“Amma biz bu rəqəmi dəyişə bilmirik. Çünki o zaman bu soyqrımın dəhşətini görə bilməyən təşkilatlar ölkəmizə qarşı yeni bir siyasətə başlayacaq, bizi yalan məlumat verməkdə ittiham edəcəklər. Əlbəttə, buna heç bir haqları yoxdur. Çünki ermənilərin dəfələrlə fərqli rəqəmlərdə təqdim etdikləri qondarma soyqrım bir çox ölkələr tərəfindən tanınıb”.
"Karabakhinfo.com" Beynəlxalq elektron jurnalın Baş Redaktoru Zaur Qəriboğlu bir çox erməni saytlarında Xocalı qoyqrımı ilə bağlı yanlış informasiyaların verildiyini bildirdi. Onun sözlərinə görə, bu istiqamətdə müəyyən addımlar atılsa da gənclər tərəfindən də məsələyə dəstək görmək istəyirlər.
Yalnız dövlət qurumları yox, hər bir vətəndaş soyqrımın tanıdılmasında əlindən gələni etməlidir.
Gülxar
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər