Qırmızı.az
"Dünya Xocalı qətliamı haqda həqiqətləri bilməlidir"
İsrailin paytaxtı Tel-Əvivdə yerləşən nüfuzlu Şimon Peres Mərkəzində açılmış “Xocalıya ədalət!” ("Justice for Khojaly") adlı sənədli sərgiyə baxmaq üçün ölkənin müxtəlif şəhərlərindən gələn insanlar arasında İsrailin tanınmış siyasətçiləri, liderləri də var.
Publika.az-ın Diasporla iş üzrə Dövlət Komitəsinin saytına
istinadən verdiyi məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi ilə
Azərbaycan-İsrail Assosiasiyasının təşkil etdiyi sərgi İsrailin 10
şəhərində keçirilib və onu minlərlə israilli ziyarət edib. Onların
arasında artıq soyqırımı hadisəsi barədə bilənlər və həmçinin bu
soyqırım haqda ilk dəfə eşidənləri də olub. Amma bu sərgi onu
ziyarət edən israillilərin hamısında istisnasız olaraq erməni
cəlladlarının vəhşiliyi ilə bağlı şok təəssüratlar yaradıb.
Sərgidəki fotoşəkillərə Knessetin mərkəzçi “Eş Atid” (“Gələcək
var”) partiyasından olan deputatı Rina Frenkel tamaşa edib. İsrail
Knessetinin deputatı Azİz-ə və Heydər Əliyev Fonduna Xocalı
faciəsinə həsr edilən sərgiyə görə minnətdarlığını bildirib.
Deputat qeyd edib ki, “Xocalı qurbanlarının bu dəhşətli şəkillərini
birinci dəfə görəndə şok yaşadım. Xocalıdakı faciəvi hadisələrə
həsr olunmuş bu fotosərgi məni tamamilə sarsıtdı, mən
gördüklərimdən şoka düşdüm. Fotolardan gördüklərim – uşaqların,
qocaların və qadınların öldürülməsi – bu, qəddarlıq və qeyri-insani
hərəkətlərdir”. İsrail deputatının sözlərinə görə, "Justice for
Khojaly" fotosərgisi ona az öncə - yanvarda İsrail nümayəndə
heyətinin tərkibində Polşaya səfərini xatırladıb. Səfər
çərçivəsində xanım deputat Osvensim düşərgəsinin muzeyini ziyarət
edib:
“Günahsız uşaqlara, qadınlara və qocalara qarşı bu qəddarlıq hec
bir şeylə izah edilə bilməz. İnanmaq olmur ki, bütün bunlar 20-ci
əsrin sonlarında baş verib. Bu dəhşətli fotoları görəndə mən dərhal
Osvensim düşərgəsində olanları xatırladım. Mən bilirəm ki,
azərbaycanlılar və yəhudilər həmişə bir-birilərini qardaş sayıblar
və Xolokost qırğınını yaşayan yəhudi xalqı dəhşətli və qanlı Xocalı
qırğınını yaşamış Azərbaycan xalqını hamıdan yaxşı anlaya bilər.
Dünya Azərbaycan şəhəri olan Xocalıda baş vermiş qanlı qətliamla
bağlı həqiqətləri bilməlidir”.
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO