Qırmızı.az
Birləşmiş Ərəb Əmirliklərində Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilib
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi tərəfindən Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Publika.az Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinə istinadən məlumat verir ki, tədbirdə Xocalı soyqırımı
qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Elxan Qəhrəman öz çıxışında tədbir iştirakçılarına Xocalı
Soyqırımı haqda ətraflı məlumat vermişdir. Soyqırıma siyasi-hüquqi
qiymətin ilk dəfə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra verildiyini bildirən səfir,
sözügedən soyqırımın hər il qeyd edildiyini qeyd etmişdir. Həmçinin
E.Qəhrəman soyqırımın 20-ci ildönümü ilə əlaqədar Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ümumxalq yürüşündə
iştirak etdiyini tədbir iştirakçılarının diqqətinə
çatdırmışdır.
Xocalı soyqırımı haqqında həqiqətlərin dünya miqyasında yayılması
məqsədilə Azərbaycanın birinci xanımı, UNESCO və İSESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük işlər gördüyünü qeyd
edən səfir, bununla yanaşı Xocalı soyqırımına beynəlxalq
ictimaiyyət tərəfindən ədalətli siyasi-hüquqi qiymətin verilməsi
məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti, İƏT Gənclər
Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla
Əliyeva tərəfindən "Xocalıya ədalət" beynəlxalq təbliğat və
məlumatlandırma kampaniyasının təsis edildiyini vurğulamışdır.
Həmçinin tədbirdə Türkiyə Respublikasının səfiri Vural Altay çıxış
etmişdir. Çıxışında səfir Xocalı soyqırımının bəşəriyyətə qarşı bir
cinayət aktı olduğunu bildirmiş, qeyri-insani əməllərlə müşayiət
edilən bu cür kütləvi qırğınların yalnız ürəkləri nifrət və
ədavətlə dolu cinayətkarlar tərəfindən törədilə biləcəyini xüsusilə
qeyd etmişdir.
Tədbirdə soyqırım haqqında fotosərgi, tədbirin sonunda isə "Böyük
yalanın həqiqətləri" adlı sənədli film nümayiş etdirilmişdir.
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi