Qırmızı.az
Qazi Universitetində "Sönməyən atəş - Xocalı" adlı konfrans keçirilib
Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi silsilə tədbirlər planı çərçivəsində bu gün Türkiyənin nüfuzlu universitetlərindən biri olan Qazi Universitetində qeyd olunan universitetlə birgə "Sönməyən atəş - Xocalı" adlı geniştərkibli konfrans keçirilib.
Səfirlikdən verilən məlumata görə, tədbirdə Qazi Universitetinin
rektoru prof. dr. Süleyman Büyükberber başda olmaqla universitetin
professor və müəllim heyəti, çox sayda ictimai-siyasi xadim, Böyük
Birlik Partiyasının sədri Mustafa Destici, Ankarada akkreditə
olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri,
Ankarada təhsil alan tələbələrimiz və diaspor nümayəndələrimizlə
yanaşı, çox sayda KİV nümayəndələri iştirak ediblər.
Geniştərkibli tədbir Xocalı soyqırımı qurbanlarının əziz
xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və iki qardaş
ölkənin himnlərinin səsləndirilməsindən sonra başlayıb. Tədbirdə
Qazi Universitetinin Tələbə İctimai Birliyinin sədri Kubilay
Yıldırım, universitetin rektoru S.Büyükberber, Giresun
Universitetinin rektoru, həmvətənimiz prof. dr. Aygün Attar, səfir
Faiq Bağırov, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun
rəhbəri prof. dr. Necdet Ünüvar və millət vəkili Qənirə Paşayeva
çıxış edərək Xocalı soyqırımı haqqında auditoriyaya əsaslı
məlumatlar verib, ölkəmizə qarşı tarix boyu davam edən erməni
təcavüzünün gerçək mahiyyətindən söz açıblar.
Çıxışların ardından Qazi Universitetinin İncəsənət fakültəsi
tərəfindən hazırlanmış sənədli film nümayiş etdirilib. Sənədli film
Xocalı soyqırımı qurbanlarının yaxınlarından alınan müsahibələri və
Qubada 20-ci əsrin əvvəllərində soydaşlarımıza qarşı ermənilər
tərəfindən törədilmiş vəhşiliklərlə bağlı həqiqətləri ehtiva
edib.
Tədbir çərçivəsində xalqımıza qarşı erməni düşmənçiliyi ilə bağlı
həqiqətləri anladan təbliğat xarakterli materiallar konfrans
iştirakçılarına paylanılıb.
Qeyd edək ki, Qazi Universitetində təşkil edilən tədbir
çərçivəsində universitetin həyətində, həmçinin Xocalı soyqırımı ilə
bağlı sərgi, Azərbaycan Dialoq və Qardaşlıq Dərnəyi (ADKADER) ilə
birgə "flashmob" aksiyası keçirilib. /Trend/
-
İKT23:24
İki qurum kiberdələduzlarla bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin123:07
"Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin222:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO