Qırmızı.az
Azərbaycanda müəllimlər üçün yeni müsabiqə elan edildi
Azərbaycan Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu ABŞ-ın "DYMO/Mimio" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi - "Smart Technologies" ilə birgə "Təhsildə interaktiv texnologiyalar - 2014" müsabiqəsi elan edib.
İnstitutdan Trend-ə
verilən məlumata görə, müsabiqənin məqsədi interaktiv lövhə
vasitəsi ilə yeni təlim metod və formalarının tətbiqi, tədris
prosesində yeni informasiya və interaktiv texnologiyaları fəal
tətbiq edən təşəbbüskar müəllimlər icmasının inkişafı, interaktiv
avadanlıqla bağlı innovativ pedaqoji təcrübənin geniş yayılması və
onun müəllimlərin gündəlik fəaliyyətində tətbiqi, pedaqoji
kadrların interaktiv tədris sahəsində peşəkarlıqlarının
artırılmasıdır.
Müsabiqədə məktəbəqədər, orta, peşə ixtisası, ali,
əlavə və inklüziv təhsil üzrə müəllim və mütəxəssislər, bütün növ
təhsil müəssisələrində çalışan mütəxəssislər, tələbələr iştirak edə
bilərlər. Layihələr bütün fənlər üzrə qəbul olunur.
Müsabiqəyə istənilən dərs mövzusu (fənn) üzrə fəal
təlim metodları və interaktiv avadanlıqlardan istifadə edilərək
qurulan dərsin rəqəmsal layihəsi təqdim oluna bilər. Müsabiqəyə 1
mart 2014-cü il tarixində start verilir.
Müsabiqənin finalı və qaliblərin
mükafatlandırılması 6 may 2014-cü il tarixində - "İnteraktiv
texnologiyalar və müasir təhsil - 2014" elmi-praktik konfransının
işi zamanı keçiriləcək.
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO