Qırmızı.az
Bakıda dələduz "universitet müəllimi" iş başında tutulub
Dələduzluqla məşğul olan şəxs cinayət başında yaxalanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən
məlumata görə, Bakı şəhər sakininin Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 161 saylı "Qaynar xətt"
əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz
əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Özünü Bakı Slavyan Universitetinin müəllimi kimi təqdim edən Şəlalə
Hüseynovanın Bakı şəhər sakinindən ona ali təhsil haqqında diplom
təşkil edəcəyi adı ilə 8.0 min manat pul tələb edərək həmin
məbləğin 3.700 manatını alıb, sonradan qalan 4.300 manatını alarkən
cinayət başında yaxalanmasında şübhələr üçün əsaslar olduğundan
fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 310-cu
(vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət
işi başlanıb.
Aparılmış əməliyyat tədbirləri zamanı Ş.Hüseynovanın yaşadığı
mənzildən müxtəlif vətəndaşlara aid şəxsiyyət vəsiqələrinin
surətləri, pasportlar, diplomlar, attestatlar, müvəffəqiyyət
kitabçaları, hərbi biletlərin surətləri və istintaq üçün əhəmiyyət
kəsb edən digər sənədlər aşkar edilərək götürülüb.
Ş.Hüseynova Cinayət Məcəlləsinin həmin maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb edilərək himayəsində iki
azyaşlı övladının olması nəzərə alınmaqla barəsində polisin
nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Hazırda Ş.Hüseynova tərəfindən törədilməsi ehtimal olunan digər
cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat
tədbirləri davam etdirilir.
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO