Qırmızı.az
Ərinin bıçaqladığı qadın "Səni sevirəm" deyib öldü
Türkiyənin Adana şəhərində arvadını bıçaqlayaraq qətlə yetirmiş Kadır Palanın məhkəməsi başlanıb.
32 yaşlı K.Pala arvadı, 25 yaşlı Sevtap Palanı xüsusi amansızlıqla qətlə yetirməkdə suçlanır.
Kadir Pala arvadını küçənin ortasında boğazından bıçaqlayıb və ümumiyyətlə, qadına 6 zərbə vurub.
Sağ ayağı protez olan K.Pala ilə bahəm, ona yardım etməkdə suçlanan 39 yaşlı taksi sürücüsü Levent Günaydın da tutulub.
Milli.Az DHA-ya istinadən bildirir ki, Adanadakı gecə barlarından
birində "əyləncə qadını" işləyən Sevtap Pala ilə Kadır Pala 6 il
əvvəl evlənmişdilər.
Bir müddət sonra ayrı yaşamağa başlayan ərlə arvad ötən il barışmış, şəhərin Yurt məhəlləsində ev kirayələmişdilər. Fəqət, yenə ayrıldılar.
Ötən ilin noyabr ayında Kadır və Sevtap Palalar səhər saat 4.30-da
evin qarşısındakı küçədə görüşüblər. Onların mübahisəsi az sonra
davaya çevrilib. Sevtap Pala çantasından tapança çıxarıb, ərinə
atəş açıb. Kadır Pala ayağı, çiyni və qolundan 6 güllə yarası
alıb.
Tapançanın güllələri qurtardığından Sevtap Pala qaçmağa başlayıb.
Kadır Pala onu yaxalayıb və bıçaqlayıb.
"Arvadımdan ayrı yaşayırdım, amma əl çəkmirdi. Sürəkli olaraq söyüş
və təhdid dolu SMS-lər yollayırdı. Üstəlik, boşanmaq üçün məhkəməyə
ərizə yazdığını da deyirdi. Olay günü də zəng vurdu, görüşmək
istədiyini dedi. Sonucda razılaşdım. Oraya gedəndə qapıda durub
məni gözləyirdi. 3-4 metr qalmış atəş açmağa başladı. Geri qaçanda
yıxıldı. Üstümdəki mətbəx bıçağı ilə onu vurdum. Öləndə də "Səni
sevirəm!" dedi", - K.Pala məhkəmədə verdiyi ifadəsində deyib.
-
Magazin123:07
"Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin222:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO