Qırmızı.az
Şəxsiyyət vəsiqələrinin vaxtı uzadılır
Azərbaycan vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmayan ölkə vətəndaşının fərdi identifikasiya kartının tətbiq müddətləri uzadılır.
Milli Məclisdən Trend-ə verilən məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişikliklər təklif edilir.
Qanuna təklif edilən dəyişikliyə əsasən, 2017-ci il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.
Hazırkı qanunda isə bu qaydalar 2015-ci il dekabrın 1-dək verilən şəxsiyyət vəsiqələrinə tətbiq edilir. Qanunun qüvvəyə minməsi vaxtının da 2015-ci il dekabrın 1-dən 2017-ci il yanvarın 1-dək uzadılması təklif edilir.
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Hadisə21:36
Zaqatalada dönərdən zəhərlənənlərin SAYI ARTDI - YENİLƏNDİ
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO