Qırmızı.az
Tovuzda törədilən dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI
Aprelin 25-də avtomobilin yük yerində meyiti aşkarlanmış Müşfiq Hüseynovun qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Tovuz rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, mərhumun həyat yoldaşı istintaqa verdiyi ifadədə bildirib ki, əri 3 ay əvvəl işləmək üçün Rusiyaya gedib. Aprelin 7-də isə rayona qayıdıb. M.Hüseynov aprelin 24-də həyat yoldaşına yarım saatlıq işi olduğunu deyərək evdən çıxıb. Səhərisi gün isə cəsədin aşkarlandığı kənd qəbiristanlığının yaxınlığından keçən çobanlar “VAZ-2106” markalı avtomobili görüblər. Avtomobilin kimə məxsus olduğunu bilən çobanlardan biri mərhumun qardaşına zəng vuraraq bu haqda xəbər verib. Hadisə yerinə gələn qardaşı maşının salonunun boş olduğunu görüb. O, avtomobilin yük yerini açanda orada qardaşının meyitini aşkarlayıb və dərhal polisə məlumat verib.
İstintaq zamanı ortaya çıxan bəzi faktlar səbəbindən ehtimal
edilir ki, Müşfiq Hüseynov qəbiristanlığın yanında güllələnməyib.
Onun başqa yerdə öldürüldüyü, meyitinin ora sonradan gətirildiyi
güman edilir. Qatil əvvəlcə onun ağzına, sonra isə başına
atəş açıb. Ehtimala görə, onun evdən "yarım
saatlıq işim var" deyərək çıxmasının səbəbi də qətli törədən şəxs
və ya şəxslərlə görüşmək olub. Mərhumun mobil telefonuna gələn və
gedən zənglərin silinməsi də bunu sübut edir. Qətlə yetirilmiş 43
yaşlı iki uşaq atasının ayağında ayaqqabıları da olmayıb. Bu da
cinayətin başqa bir yerdə tördəliməsi ehtimalını artırır.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən istintaq davam etdirilir.
Xatırladaq ki, aprelin 25-də Tovuzun Əlimərdanlı kənd sakini, 1972-ci il təvəllüdlü Müşfiq Hüseynov naməlum şəxs və ya şəxslər tərəfindən baş nahiyəsindən güllələnərək qətlə yetirilib. Cəsədi isə kənd qəbiristanlığının yaxınlığında, özünə məxsus "VAZ-2106" markalı avtomobilin yük yerində aşkarlanıb.
Sami Süleymanlı
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim