Qırmızı.az
Bəzi rayonların təhsil şöbələrinin fəaliyyətində nöqsanlar aşkarlanıb
"Təhsil Nazirliyinin keçirdiyi monitorinqlərin nəticəsində bir sıra rayon təhsil şöbələrinin fəaliyyətində nöqsanlar aşkar edilib. Belə ki, şöbələrin bəzilərində bir neçə müəllim vakansiyalarının gizli saxlanılması və müsabiqəyə çıxarılmaması faktlarına rast gəlinib”.
“Report” xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Gülüstan sarayında ümumilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
Nazir aşkar olunan nöqsanlarla bağlı müvafiq aidiyyəti qurumlara məlumatın verildiyi və bu prosesin bundan sonra da davamlı olacağını qeyd edib.
O, həmçinin qeyd edib ki, ötən il Bakıda çalışan 32 min müəllim sınaq qiymətləndirilməsindən keçib: “Mərkəzləşdirilmiş qaydada keçən müsabiqə nəticəsində keçən il 1 692 nəfər müəllim işə qəbul edilib ki, onlardan 1405 nəfərinə həvəsləndirici tədbirləri tətbiq edilib. Vakansiyaların tutulma səviyyəsi ötən dərs ilinə nisbətən 40 faiz yüksəlib”.
“Son illərdə ölkədə təhsil sahəsində həyata keçirilən işlər “Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun aparılır və əsas işimiz təhsilin modernləşdirilməsidir. Strategiyada 12 illik təhsil məzmununa keçilməsi və digər mühüm məsələlər yer alıb. Bundan başqa, müəllimlərin nüfuzunun artırılması istiqamətində də bir sıra vacib işlər görülüb. Çünki təhsil sisteminin gücü bu sahədə çalışan müəllimlərin biliyi və keyfiyyəti ilə bağlıdır. Müəllimlərin əmək haqqının artırılması ilə bağlı nazirlik müəyyən işlər görülüb. Prezidentin müəllimlərlə bağlı imzaladığı son sərəncamın icrasına uyğun olaraq müəllimlərin əmək haqqları artırılaraq müvafiq orta ayrlıq əmək haqqına yaxınlaşıb”, - nazir əlavə edib.
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Emosiyalarınızı idarə etmək çətinləşəcək
-
Sosial10 Oktyabr 23:48
Ali məktəbi yüksək nəticə ilə bitirən gənc QƏFİL ÖLDÜ
-
ABŞ10 Oktyabr 23:24
Məşhur ailənin ən yaşlı üzvü VƏFAT ETDİ - FOTO
-
Magazin110 Oktyabr 23:12
Aygün Kazımovanın bu geyimi görün neçəyədir - FOTO
-
Səhiyyə10 Oktyabr 22:36
Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR
-
İdman10 Oktyabr 22:24
Azərbaycanda televiziya kanalına o rəhbərlik edəcək - FOTO/TƏYİNAT
-
Avropa10 Oktyabr 21:15
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı belə QƏRAR VERDİ
-
Sosial10 Oktyabr 21:05
Əhmədin müzakirələrə səbəb olan məhkəmə qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA