Qırmızı.az
Azərbaycanda əsas yollardan birinin tikintisi bu il başa çatacaq
Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, hazırda Hacıqabul-Kürdəmir
avtomobil yolu əlavə 2 zolaq da tikilməklə 4 hərəkət zolağına uyğun
yenidən qurulur:
"Əvvəllər bu yol 2 hərəkət zolaqlı olmaqla 2-ci
texniki dərəcəli idi, indi isə yol 1-ci texniki dərəcəli 2-si
gediş, 2-si gəliş üçün olmaqla 4-zolaqlı olacaq".
P.Mürsəliyev qeyd edib ki, bu yol
Bakı-Qazax-Gürcüstan sərhədi yolunun tərkib hissəsi olmaqla mövcud
120-ci km-dən başlayıb 200-cü km-də başa çatır. Ümumi uzunluğu 80
km olan yeni yol boyu 5 yol qovşağının, 1 körpünün, 160-a yaxın
müxtəlif diametrli borunun, 15 alt keçidin tikintisi işləri
aparılır: "Yolda torpaq işləri artıq 95 faiz görülüb. Suötürücü
qurğuların, alt keçidlərin tikintisi, demək olar ki, bitib. Asfalt
işləri orta hesabla 75 faiz yerinə yetirilib. Yol qovşaqlarında
işlər bitib, hazırda yanaşma yollarında işlər yerinə yetirilir.
İşlərin yaxın 5-6 ay ərzində, yəni payızadək tamamilə yekunlaşması
planlaşdırılır".
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi