Müdafiə naziri veteranları təbrik etdi
Bizi izləyin

Qırmızı.az

Müdafiə naziri veteranları təbrik etdi

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov faşizm üzərində Qələbənin 70-ci ildönümü münasibətilə veteranları təbrik edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, təbrikdə deyilir: “Siz Qafqaz dağlarının ətəklərindən Berlinədək şanlı döyüş yolu keçib, Qələbə naminə şəxsi rəşadət və şücaət nümunələri göstərmisiniz. İndi sizin sinənizi ölkənin ən yüksək orden və medalları bəzəyir. Harada, hansı cəbhədə vuruşmağınızdan asılı olmayaraq, azərbaycanlı olduğunuzu heç vaxt unutmamış, xalqımıza həmişə başucalığı gətirmisiniz”.

Təbrikində veteranların müharibədə həlak olan silahdaşlarını hörmət və ehtiramla yad etdiyini vurğulayan nazir onların gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində səylərinizi əsirgəmədiklərini xüsusi vurğulayıb. Zakir Həsənov qeyd edib: “Xalqımızın ümummilli lideri Heydər Əliyev sizin xidmətlərinizi həmişə yüksək qiymətləndirib, sizi xalqımızın qızıl fondu adlandırıb. Siz daim ölkə rəhbərliyinin, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmusunuz. Arzu edirəm ki, bundan sonrakı ömür payınızı da nəvə-nəticələrinizlə birlikdə şad-firavan yaşayasınız. Qələbə gününü gördüyünüz kimi, nəvə-nəticələrinizin Qarabağdan qələbə müjdəsi gətirəcəyi günü görmək də Sizlərə qismət olsun”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm