Qırmızı.az
Gecə bu yol bağlanır
Paytaxtın Yusif Səfərov küçəsində bu gecə hərəkət qısa müddətə məhdudlaşdırılır.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Publika.az-a verilən məlumata görə, bu gün saat 22:00-dan səhər saatlarınadək Xətai rayonu Yusif Səfərov küçəsində növbəli şəkildə hər iki istiqamət olmaqla yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə tam məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən müvəqqəti narahatlığa görə üzr istəyir və görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.
Ümumiyyətlə, “Azəryolservis” tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir. Bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırılır və nişanlama xətlərin çəkilməsi işi aparılır. Bütün işlər tərtib olunmuş qrafik üzrə həyata keçirilir.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR