Evlənənlər bu xəstəliklərlə bağlı tibbi müayinədən keçəcəklər - QƏRAR
Bizi izləyin

Qırmızı.az

Evlənənlər bu xəstəliklərlə bağlı tibbi müayinədən keçəcəklər - QƏRAR

Nikaha daxil olan şəxslərin tibbi müayinədən keçməli olduqları xəstəliklərin siyahısı açıqlanıb.

Publika.az xəbər verir ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq edib.

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklər bunlardır:

hemoqlobinopatiyalar:

böyük beta-talassemiya;

aralıq beta-talassemiya;

drepanotalassemiya;

oraqvari hüceyrəli anemiya;

İİV/QİÇS;

sifilis.

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, irsi xəstəliklə və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması məqsədi ilə Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən hazırlanıb və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməsi qaydasını müəyyən edir.

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xəstəliklərin siyahısı üzrə aparılan klinik və laborator müayinələrdən, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlərin verilməsindən ibarətdir.

Bu Qayda nikaha daxil olmaq istəyən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə də şamil edilir.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və (və ya) bələdiyyə tibb müəssisəsində, tərəflərdən biri azadlıqdan məhrum edilmiş şəxs olduqda isə həmin şəxsin olduğu cəzaçəkmə müəssisəsinin tibb xidməti tərəfindən həyata keçirilir.

Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır. Tibbi müayinənin keçirilməsinə, habelə məsləhətlərin verilməsinə və qeydiyyatın aparılmasına nəzarət tibb müəssisəsinin rəhbəri tərəfindən həyata keçirilir.

Qeyd edək ki, tibbi müayinədən sonra nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumat verilir və buna uyğun olaraq onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlər verilir.

Tibbi müayinənin nəticələri nikaha daxil olmaq istəyən şəxslərə yazılı formada təqdim edilməklə rəsmiləşdirilir. Nikaha daxil olmaq istəyən şəxslərə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərinə təqdim edilməsi üçün tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Arayışda müayinənin nəticələri əks olunmur.

Tibbi arayışın verilməsi müddəti nikaha daxil olmaq istəyən şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən sonra 2 həftədən çox olmamalıdır. Tibbi arayışın etibarlılıq müddəti isə 1 aydır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm