Qırmızı.az
Kəmaləddin Heydərov saziş imzaladı
19 may 2015-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Özbəkistan Respublikasının fövqəladə hallar naziri Tursinxan Xudayberqenovun dəvəti ilə bu ölkədə qısamüddətli rəsmi səfərdə olmuşdur.
Publika.az-ın məlumatına görə, səfər zamanı nazir Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Özbəkistan Respublikasının fövqəladə hallar naziri Tursinxan Xudayberqenovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında geniş tərkibli görüş keçirilmişdir.
Görüşdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Özbəkistan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha effektiv cavabvermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir. Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.
19 may 2015-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar məlumat daxil olan kimi nazir Özbəkistanda nəzərdə tutulan bütün digər görüşlərini dərhal təxirə salaraq təcili Bakıya qayıtmışdır.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO