Qırmızı.az
Gəncədə binaların işıqlandırma sistemləri sökülür
Gəncədə binaların fasadındakı işıqlandırma sistemləri sökülür.
Gəncə şəhər İcra Hakimiyyətindən Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, hər hansısa bir yanğın təhlükəsinin yaranmaması üçün şəhərdə yanğına həssas materiallarla üzlənən binaların fasadlarından işıqlandırma sistemlərinin sökülməsinə başlanılıb. İlk olaraq Heydər Əliyev prospektində yerləşən 9 mərtəbəli yaşayış binasının fasadındakı işıqlandırma sistemi sökülüb. Bu cür işlər daha sonra digər binalarda da görüləcək. İcra Hakimiyyətindən onu da bildirdilər ki, hələlik şəhərdə yerləşən binaların yalnız fasadındakı işıqlandırma sistemləri sökülür.
Binaların fasadına vurulan yanğına həssas üzlüklərin sökülməsinə
isə bu iş üzrə yaradılmış dövlət komitəsi tərəfindən qərar
verilərsə, başlanılacaq.
Qeyd edək ki, Gəncə şəhərində yanğına həssas üzlüklü bir neçə
yaşayış binası var və bu binalar Heydər Əliyev, Şah İsmayıl Xətai
və Nizami Gəncəvi prospektlərində yerləşir.
Xatırladaq ki, mayın 19-da Bakıda yanğına həssas üzlüklü 16
mərtəbəli binada güclü yanğın baş verib və yanğın zamanı 15 nəfər
ölüb, 63 nəfər isə xəsarət alıb.
Sami Süleymanlı
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"