Qırmızı.az
Nobel prospekti açılır
Nobel prospektinin “Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan və təmir olunan təqribən 700 metrlik son tamamlanma işləri görülür. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aparılan təmir işləri çərçivəsində sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, yenisi ilə əvəz olunub. Ümumilikdə 13 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənib.Yol boyu 1400 paqon-metr səki daşı dəyişdirilib.
Publika.az xəbər verir ki, hazırda kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənir, səth suların normal axıdılması üçün zəruri olan ərazilərdə yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları dəyişdirilir. Sözügedən ərazidə yol cizgilərinin, yol göstərici xətlərinin və piyada keçidlərinin xətlənməsi, yol ayrıcı zolaqlarda yaşıllaşdırma işləri həyata keçirilir. Bütün bu işlərin axşam saatlarında tam olaraq yekunlaşdırılması planlaşdırılır. Bundan sonra nəqliyyat vasitələrinin hərəkəti burda tam bərpa olunacaq.
Xatırladaq ki, Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən “Ağ şəhər”ə qədər olan 1.6 kilometrlik hissəsində də təmir-tikinti işləri aparılıb. Artıq yol yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
Gülnar Əliyeva
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO