Qırmızı.az
Tanınmış jurnalist ölüm ayağındadır – SOS (YENİLƏNİB)
Anasını bu günlərdə itirən tanınmış jurnalist Zülfüqar Rüfətoğlu komadadır!
Tanınmış jurnalist Zülfüqar Rüfətoğlunun komaya düşdüyü barədə xəbər onu tanıyanların üzülməsinə səbəb olub.
Modern.az saytı
jurnalistin qardaşı Rəşad Əhmədzadə ilə əlaqə saxlayaraq Zülfüqarın
vəziyyəti haqda ən son xəbəri dəqiqləşdirib.
“Şəkəri var idi, indi də şəkəri qalxıb. Londonda
yaşayırdı. 10 gün olar anamın dəfninə gəlib. Zülfüqar hazırda
“Caspian Hospital”da müalicə alır, vəziyyəti yavaş-yavaş
normallaşır”-deyə Rəşad Əhmədzadə Modern.az-a açıqlamasında
bildirib.
O, tanınmış şair Rüfət Əhmədzadənin oğludur.
***
Əgər dövlət tərəfindən yardım olmasa, biz onu həmişəlik itirə bilərik... Tanınmış mərhum satirik şair Rüfət Əhmədzadənin istedadlı jurnalist oğlu Zülfüqar Rüfətoğlu 1958-ci il iyunun 22-də Bakı şəhərində anadan olub. 1965-1975-ci illərdə 172 saylı orta məktəbdə təhsil alıb. 1975-ci ildə həmin məktəbi qızıl medalla bitirib. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil alıb, 1980-ci ildə buranı fərqlənmə diplomi ilə bitirib.
BBC Azərbaycan xidmətinin prodüseridir. 1984-1993-cü illərdə "Azərbaycan qadını", "Sovet kəndi", "Kommunist", "Xalq qəzeti" və "Azərbaycan" qəzetlərində çalışıb. 1991-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb. "Kommunist" qəzetinin əlavəsi olan və 1989-cu ildən çıxan "Səhər" qəzetinin yaradıcılarından biri olub. 1993-cü ildə "Röyters" agentliyinin kurslarında təhsil alıb.
1995-ci ildən isə BBC Azərbaycan xidmətində işləyir. Zülfüqar Rüfətoğlu həm də "Publika.az" saytında müəllif yazıları ilə çıxış edirdi.
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI