Qırmızı.az
Azərbaycan kosmik peykdən hərbi məqsədlər üçün istifadə edəcək
Azərbaycan kosmik peykdən müdafiə və təhlükəsizlik məqsədləri üçün istifadə edəcək.
Trend xəbər verir ki, bu gün “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində Fransanın “Airbus Defense & Space” şirkəti ilə birgə yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky" peykindən əldə olunan təsvirlərin müdafiə və təhlükəsizlik məqsədləri üçün istifadəsinə həsr olunmuş seminar keçirilib. Seminarın əsas məqsədi "Azersky" peykinin imkanlarını nümayiş etdirmək, qarşılıqlı müzakirə formasında yeni potensial tətbiq imkanlarını ortaya çıxarmaq və istifadə yollarını müzakirə etmək olub.
Potensial benefisiarların maarifləndirilməsi məqsədilə keçirilən
seminarda "Azərkosmos"un və peykin istehsalçısı olan Fransanın
“Airbus Defence &Space” şirkətinin mütəxəssisləri peykin
texniki xüsusiyyətləri, peyk təsvirlərinin hərbi məqsədlər üçün
praktiki istifadəsi, hərbi xəritəçilik, əməliyyatların coğrafi
məkan kəşfiyyat məlumatları ilə təminatı, nəzarəti və monitorinqi
və digər bu kimi mövzular haqqında təqdimatlar ediblər.
İnteraktiv formada təşkil edilmiş seminarda ölkəmizin Milli
Təhlükəsizlik, Fövqəladə Hallar, Daxili İşlər və Müdafiə
nazirlikləri, Dövlət Sərhəd Xidməti kimi güc strukturlarının
nümayəndələri iştirakı ediblər.
Bu ilin sonuncu rübünə planlaşdırılmış eynitipli növbəti seminar isə peyk təsvirləri vasitəsilə təbii ehtiyatların tədqiqi və monitorinqi mövzusuna həsr olunacaq.
Qeyd edək ki, 30 iyun 2014-cü ildə uğurla orbitə çıxarılmış və 2 dekabr 2014-cü il tarixindən etibarən “Azərkosmos”a təhvil verilmiş yüksək ayırdetməli (1.5m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky" peykinin 12 il müddətində fəaliyyət göstərəcəyi proqnozlaşdırılır. Peykin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi geniş tətbiq sahələri var.
-
Sosial22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin122:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…