Qırmızı.az
Azərbaycan elminə ağır itki
Bu gün Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Azərbaycanın görkəmli alimi texnika elmləri doktoru, professor, Rusiya Dövlət Təhsil Akademiyasının həqiqi üzvü, Təhsil Problemləri İnstitutunun keçmiş direktoru Abdulla Mehrabov dünyasını dəyişib.
Publika.az-ın məlumatına görə, Abdulla Mehrabov “Bərk cisimlər
fizikası”, “Bərk cisimlərin radiasiya fizikası”, “İstilik fizikası
və molekulyar fizika”, və “Təhsil tədqiqatları” sahəsində dünya
şöhrətli alimdir.
O, Beynəlxalq Ekoenergetika Akademiyasının Rəyasət Heyətinin 5 may
1999-cu il tarixli qərarı ilə Akademiyanın Qızıl Medalı ilə təltif
olunub. Amerikanın Beynəlxalq Bioqrafiya İnstitutunun müəyyən
etdiyi "XXI əsrin astanasında" dünya şöhrətli alimlər içərisində
qazandığı elmi nəticələrə görə 2000 və 2006-cı illərdə Amerikada
çap olunan məlumat kitabına professor A.Mehrabovun tərcümeyi-halı
daxil edilmiş və ona Xüsusi Diplom və Xatirə Qızıl Medalı
verilmişdir. Amerika Bioqrafiya İnstitutu texnika elmləri doktoru,
professor, Rusiya Təhsil Akademiyasının akademiki Abdulla Mehrabov
2007-ci ilin adamı adına layiq görülüb.
Professor A.Mehrabov 23 aprel 2004-cü ildə Rusiya Təhsil
Akademiyasının akademiki seçilib.
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 oktyabr tarixli
1034 nömrəli sərəncamı ilə o, "Tərəqqi" medalı ilə təltif olunmuş,
həmçinin "Respublikanın əməkdar müəllimi" fəxri adına layiq
görülüb.
Nəzəri və təcrübi tədqiqatları neft maşınqayırması sənayesində,
tökmə prosesində, kosmik texnikada, elektron sənayesində geniş
tətbiq olunmuş və böyük iqtisadi səmərə verib.
-
İdman00:00
"Bavariya"nın baş məşqçi postuna yeni favorit BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin17 May 21:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 7 May 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"