Qırmızı.az
Hacıbala Abutalıbov: "Qoy Bakıya göyərçinlər daha çox gəlsin"
"Dostluq Parkında artıq 45-ci villa söküldü və bu yerdə gözəl park salınaraq sakinlərin istifadəsinə veriləcək".
Publika.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu gün ərazidə keçirilən iməcilikdə jurnalistlərə bildirib ki, ulu öndər Heydər Əliyevin öz əlləri ilə saldığı Dostluq Parkı əvvəlki vəziyyətinə gətirilərək gözəl bir yaşıllıq zonasına çevrilməlidir. İlkin olaraq Lənkəran və digər yerlərdən 10 mindən çox ağac gətirilərək əkilib.
İcra Hakimiyyətinin başçısı bildirib ki, BŞİH-in ağac əkən təşkilatları ilin axırına qədər o ağaclara qulluq göstərəcəklər və isti aylar olduğuna görə ağaclar 2 gündən bir suvarılmalıdır. Sonda həmin təşkilatlar əkdikləri və böyütdükləri ağacları BŞİH-ə təhvil verəcəklər.
Bakı meri bildirib ki, bundan sonra da qanunsuz tikilən villaların söküntüsü davam edəcək. "Bu villaların sökülməsi imkanlı, qanuna zidd hərəkət edən, özünün şəxsi mənafeyini dövlətin mənafeyindən üstün tutan insanlara bir sınaqdır. Onlar bilsinlər ki, gec-tez ora da gələcəyik, gəlin qanuna riayət edək".
Bakının bəzi bölgələrində söküntü işlərindən danışan H.Abutalıbov deyib ki, Heydər Əliyev sarayının arxasından Nizami küçəsinə qədər olan ərazidəki köhnə binaların hamısı söküləcək və onların yerinə park salınacaq. "Sovetski" deyilən ərazi tamamilə söküləcək və yalnız istirahət zonası olacaq.
O bildirib ki, 20 nömrəli məktəb də artıq sökülüb, orda park salınması ilə bağlı təklif verilib.
Hacıbala Abutalıbovun sözlərinə görə, Bakıxanov və Səməd Vurğun küçələrinin kəsişməsindəki Pedoqoji Universitetin korpuslarının sökülüb, yerində Təhsil Nazirliyinin binasının tikilməsi fikrindən də vaz keçilib. Prezident İlham Əliyevin göstərişi ilə o ərazidə də yaşıllıq zonası salınacaq. "Bu halda biz təbiətin saflığından danışa biləcəyik. Çünki harada göyərçinlər var, orada hava təmizdir, harada qarğalar var, orada hava çirklidir. Biz çalışmalıyıq ki, Bakıya göyərçinlər daha çox gəlsin."
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO