Qırmızı.az
Bakı Metropoliteninin iş qrafiki ilə bağlı SON AÇIQLAMA
Bakı Metropoliteni Avropa Oyunları zamanı iş qrafikinin necə olacağı ilə bağlı məsələyə aydınlıq gətirib.
Bununla bağlı Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, Avropa Oyunları zamanı Bakı Metropolitenin bütün sutka ərzində işləyəcəyi barədə yayılan xəbərlər həqiqətəuyğun deyil: “Avropa Oyunlarının açılış və bağlanış günləri, yəni iyunun 12-də və 28-də Metropoliten səhər saat 06:00-dan gecə saat 03:00-dək fəaliyyət göstərəcək.
Məqsədimiz açılış və bağlanış mərasimlərində iştirak edən tamaşaçıları mənzil başına çatdırmaqdır. Lakin Bakı Olimpiya Stadionunda insanların sayının çoxluğu nəzərə alınaraq, ehtiyac duyulduğu təqdirdə bu vaxt gecə saat 04:00-05:00-a kimi də artırıla bilər. Digər günlərdə isə metro səhər saat 6-dan gecə saat 1-ə kimi işləyəcək. Ola bilər ki, ciddi ehtiyac duyulduğu təqdirdə həmin günlərdə də bu vaxt uzadıla bilər”.
O həmçinin qeyd edib ki, Avropa Oyunlarının açılış və bağlanış
günləri biletləri olan tamaşaçılar və akkreditasiyadan keçmiş
şəxslər, digər günlərdə isə yalnız akkreditasiyadan keçmiş şəxslər
metronun xidmətindən pulsuz istifadə edə bilərlər.
-
Nəqliyyat23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin123:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI