Qırmızı.az
Təhsil Nazirliyi müsabiqə keçirir
Təhsil Nazirliyi “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” mövzusunda keçirilən müsabiqədə iştirak etmək istəyən müəlliflərə müraciət edib.
Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə,
müsabiqənin keçirilməsində əsas məqsəd yaş psixologiyası nəzərə
alınmaqla kiçikyaşlı məktəblilərə mənəvi zənginlik, vətənpərvərlik,
milli və ümumbəşəri dəyərlər, emosional və idraki keyfiyyətlər
aşılayan, onların bədii zövqünün inkişafını şərtləndirən ədəbi
əsərlərin yazılmasını stimullaşdırmaqdır.
Müsabiqəyə təqdim ediləcək əsərlər toplu şəklində
hazırlanmalıdır.
Müsabiqəyə təqdim edilən toplular çap olunmuş 3 nüsxə və diskə
yazılmış elektron variantı (PDF formatda) ilə birlikdə 2015-ci il
iyun ayının 1-dən başlayaraq 1 ay müddətində Təhsil Nazirliyinə
göndərilməlidir. Toplulara müəlliflərin indiyədək nəşr olunmuş
əsərlərinin daxil edilməsinə yol verilmir. Toplulardakı əsərlərə
ekspert qrupları tərəfindən baxılacaq və nəsr əsərlərindən 12-si,
nəzm əsərlərindən 15-i, dram əsərlərindən 3-ü müsbət
dəyərləndirildiyi halda, həmin toplular müsabiqəyə buraxılacaq.
Müsabiqədə birinci yeri tutan toplu müəllifinə 5000 manat, ikinci
yeri tutana 3000 manat, üçüncü yeri tutana 1500 manat mükafat
veriləcək.
Müsabiqəyə buraxılmış toplular mükafat yerlərinə uyğun qiymətləndirilmək üçün elektron variantda ümumtəhsil müəssisələrinə, tanınmış pedaqoqlara, qabaqcıl müəllimlərə göndəriləcək və ictimaiyyətin rəyini öyrənmək məqsədilə Təhsil Nazirliyinin internet saytında yerləşdiriləcək. Rəy və mülahizələr [email protected] elektron poçtuna göndərilməlidir.
Müsabiqənin nəticələri 2015-ci ilin sonunadək yekunlaşdırılacaq.
Qalib əsərlərin kitab (antologiya) şəklində çap olunması nəzərdə
tutulur.
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü