Qırmızı.az
Nazirlik qaydanı pozanları cərimələyir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları iyunun 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını araşdırıb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə,
araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq
ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və
floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və
istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş
qanun pozuntularına görə 142 akt və protokol tərtib olunub.
Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 63
müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 34 iş üzrə 61950 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 2 iş üzrə 546 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantılarınatılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 207 iş üzrə 39090.99 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 14, icra qurumlarına isə 15 iş göndərilib.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı