Qırmızı.az
Şagirdlərin 40%-i ana dili və riyaziyyatdan “2”aldı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün növbəti buraxılış imtahanlarının nəticələrini açıqlayıb.
TQDK-dan Publika.az-a verilən məlumata görə, 9-cu sinif keçirilmiş buraxılış imtahanında iştirak edənlərin ana dili üzrə 8215-i (40.14%) “2”, 8409-u (41.08%) “3”, 2630-u (12.85%) “4”, 1214-ü (5.93%) “5” qiymət alıb.
Riyaziyyat üzrə 8239 nəfər (40.25%) “2”-i, 7596 nəfər (37.11%) “3”, 3160 nəfər (15.44%) “4”, 1473 (7.20%) “5” qiymət alıb.
11-ci sinif şagirdlərinin imtahan nəticələrinə əsasən, ana dilindən 5595 nəfər (32.43%) “2”, 6352 nəfər (36.81%) “3”, 3375 nəfər (19.56 %) “4”, 1932 nəfər (11.20%) “5” alıb. Riyaziyyatdan 4964 nəfər (35.03%) “2”, 5608 nəfər (32.50%) “3”, 3910nəfər (22.66%) “4”, 1692 nəfər (9.81%) “5” alıb.
Xarici dil üzrə 4964 nəfər (29.20%) “2”, 8606 nəfər (50.62 %) “3”, 2143 nəfər (12.61%) “4”, 1287 nəfər (7.57 %) “5” alıb.
Kimya fənni üzrə 59 nəfər (23.23%) “2”, 153nəfər (60.24 %) “3”, 32 nəfər (12.60%) “4”, 10 nəfər (3.94%) “5” alıb.
Qeyd edək ki, imtahanlar Xocavənd, İmişli, Füzuli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Lənkəran, Astara, Lerik, Yardamlı, Cəlilabad və Masallıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.
Gülxar
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb