Qırmızı.az
Təmayül siniflərdə bu fənlər tədris ediləcək - SİYAHI
Növbəti tədris ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 10-11 siniflərində tədrisin təmayüllər üzrə (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət istiqamətləri üzrə) təşkil olunacaq.
Təhsil Nazirliyindən Publika.az-a verilən məlumatda bu ildən təmayüllü tədris keçiriləcək 50 məktəb və fənnlərin sayı açıqlanıb.
Tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dək azaldılıb.
Texniki fənlər təmayüllü siniflərdə ümumilikdə 9 fənn - Azərbaycan dili, xarici dil, riyaziyyat, fizika, kimya, ədəbiyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri tədris ediləcək. Tədris rus dilində olan belə siniflərdə isə rus dili ilə yanaşı, Azərbaycan dili də dövlət dili kimi tədris ediləcək.
Riyaziyyat-iqtisadiyyat təmayüllü siniflərdə şagırdlərə 8 fənn - Azərbaycan dili, xarici dil, riyaziyyat, coğrafiya, Azərbaycan tarixi, ədəbiyyat, fiziki tərbiyə, fənclərin çağırışaqədərki hazırlığı fənləri tədris olunacaq. Tədrisi rus dilində olan məktəblərdə isə Azərbaycan dili də dövlət dili kimi tədris ediləcək.
Humanitar fənlər təmayüllü siniflərdə 8 fənn- Azərbaycan dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri tədris ediləcək.
Təbiət fənləri təmayüllü siniflərdə - Azərbaycan dili, xarici dil, riyaziyyat, fizika, biologiya, kimya, ədəbiyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı keçiriləcək. Tədrisi rus dilində olan məktəblərdə rus dilindən əlavə Azərbaycan dili də tədris ediləcək.
Təmayül siniflərin hansı məktəblərdə təşkil olunması barədə nazirliyin saytından məlumat əldə etmək olar.
Gülxar
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA