Qırmızı.az
Səfərə gedən şəxs oruc tutmalıdırmı?
İslam dininə görə ağıllı, yetkinlik yaşına çatmış, oruc tutmasına əngəl olmayan hər bir müsəlman oruc tutmalıdır. Bəs səfərə çıxarkən oruc tutulmalıdırmı?
İslam alimlərinin araşdırmalarına görə, səfərə çıxmaq, xəstəlik, hamiləlik, südlə uşaq qidalandırmaq və ağır işlərdə çalışma durumlarında islam dini müsəlmanlar üçün bir sıra güzəştləri məqbul sayır. Səfər zamanı tutulmayan oruc sonradan tutulmalıdır.
Məşədi Dadaş məscidinin axundu Hacı Şahinin Publika.az-a bildirdiyinə görə, insanın səfərə gedib-gəldiyi yol 45 kilometrdən çox olarsa, oruc tutmaya bilər:
“İnsan səfərə getdiyi yerdə 10 gündən çox qalacaqsa, yaşadığı yerdən 22 kilometrdən artıq məsafədə uzaqlaşıbsa, orada oruc tutmaya bilər. Amma 10 gündən çox qalacaqsa, oruc tutmalıdır. Yəni, gedib-gəldiyi yol 45 kilometrdən çox olmalıdır”.
Hacı Şahinin sözlərinə görə, əgər bir insanın səfərə getməyi vacibdirsə, gedə bilər. Ramazan ayı çıxandan sonra növbəti Ramazan ayına qədər oruc tutmadığı həmin günlərin qəzalarını tuta bilər.
Ümumiyyətlə, səfər zamanı əziyyətlə üzləşməyənlərin oruc tutması gərəkli sayılır.
Gülnar Əliyeva
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO