Azərbaycanlı tələbələr beynəlxalq seminarda iştirak ediblər
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı tələbələr beynəlxalq seminarda iştirak ediblər

Azərbaycanlı tələbələr beynəlxalq seminarda iştirak ediblər.

Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən məlumata görə, Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları Günel Teymurova, Araz Osmanov, Fuad Cabbarov və Sənubər Qənbərova 2015-ci il mayın 30-dan iyunun 18-dək Çin Xalq Respublikasının Harbin şəhərində “Avrasiya ölkələrində turizm sahəsində inkişaf və idarəetmə” mövzusunda keçirilən seminarın iştirakçısı olublar.

Çin Xalq Respublikasının Kommersiya Nazirliyinin dəstəyi və Harbin Kommersiya Universitetinin təşkilatçılığı ilə təşkil olunan tədbir 20 gün davam edib. Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) mətbuat xidmətinin məlumatında bildirilir ki, layihə çərçivəsində iştirak hüququ qazanan iştirakçısı ölkələrin nümayəndələri adı qeyd edilən ali təhsil ocağının professor-müəllim heyəti tərəfindən “Turizm biznesində informasiya menecmenti”, “Turizm sənayesində e-kommersiya”, “Estetik baxımdan turizmin dəyəri”, “Çin mətbəx mədəniyyəti”, “Turizm sənayesinin inkişafı və dövlət siyasəti”, “Turzim biznesində marketinq”, “Beynəlxalq turizm sənayesinin vəziyyəti və inkişaf tendensiyası” və sair mövzuda keçirilən seminar- mühazirələrin dinləyici-iştirakçısı olublar.

“Avrasiya ölkələrində turizm sahəsində inkişaf və idarəetmə” mövzusuna həsr olunan seminarın digər məqsədi Çin Xalq Respublikasından, Azərbaycandan, Gürcüstandan, Özbəkistandan, Qırğızıstandan, Tacikistandan bu ölkəyə ezam olunan mütəxəssislərin bir-birləri ilə geniş fikir mübadiləsi apara bilmələrinin təşkilindən ibarət idi.

İştirakçılar seminar çərçivəsində Çin Xalq Respublikasının Pekin və Dalyan şəhərində olublar. Ölkənin tarixi məkan və abidələrini ziyarət ediblər.

Seminarın yekununda iştirakçılara Harbin Kommersiya Universitetinin sertifikatı verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm