Qırmızı.az
Azərbaycanın mobil rabitə bazarında yenilik
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil rabitə operatorlarına LTE şəbəkəsini genişləndirməsi üçün yeni tezlik diapazonundan istifadə etməyə icazə verəcək.
Publika.az-ın Rabitə və yüksək texnologiyalar nazirinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə nazirin birinci müavini İltimas Məmmədov məlumat verib. Onun sözlərinə əsasən, bu ilin sonuna kimi artıq 800 MHz tezliklərinin bir hissəsi boşaldılaraq LTE şəbəkəsinin qurulmasında istifadəsi üçün operatorlara icazə veriləcək.
“Bununla biz LTE texnologiyasının ölkənin bütün ərazisində yayılmasına imkan yaradacağıq. Hazırda “3G” şəbəkəsi ölkə regionlarında yetərincə əhatə dairəsini genişləndirib. Lakin “4G” şəbəkəsi yalnız Bakıda və bəzi ətraf ərazilərdə işləyir. Biz isə bu texnologiyanın əsasən ucqar dağ regionlarında tətbiqini, bütün ölkə ərazisinin internetlə və rabitə ilə təmin edilməsini istəyirik”, - deyə nazir müavini qeyd edib.
İ. Məmmədovun sözlərinə əsasən, nazirlik yaxın iki il ərzində, istifadəsi dünya üzrə artıq dayandırılan GSM texnologiyasını Azərbaycanda da dayandırmaq niyyətindədir.
“Yeni “3G” və “4G” texnologiyaları üzərində qurulmuş platformalar inkişaf edir və artıq eyni zamanda smartfonla danışaraq internetdən istifadə edilməsi mümkündür. Çox qısa zamanda biz LTE şəbəkəsi üzərindən səsli xidmətlərin göstərilməsinin şahidi olacağıq. Bu ilin əvvəlində Barselonada keçirilən konfransda LTE texnologiyası üzərindən səsli xidmətlər nümayiş etdirilib və çox güman ki, dünya üzrə mobil rabitə operatorları bu xidməti təqdim etdikcə ölkəmizdə də onun tətbiqi qaçılmaz olacaq. Bu istiqamətdə artıq işlər aparılır”, - deyə İ. Məmmədov bildirib.
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO