Qırmızı.az
Nazirlik çaylarda sululuq səviyyəsini açıqladı
Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-50, Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi çaylarında 50-100, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, iyunun 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 235 m3/s olmaqla ongünlük normanın 58 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm
azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla,
ongünlük normanın 39 faizini təşkil edir. 2014-cü ildə isə bu
göstərici 59 m3/s təşkil edərək ongünlük normanın 36 faizinə
bərabər olub.
İyunun 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində
əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının
Surra məntəqəsində 4, Şirvanda 6, Araz çayının Novruzlu
məntəqəsində 2 sm artım, Bankədə 1 sm azalma qeydə alınıb, Salyanda
isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 326 sm, Şirvanda 155 sm,
Salyanda 70 sm, Bankədə 175 sm, Araz çayının Novruzlu məntəqəsində
isə 45 sm təşkil edir.
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...