Hadisə
Tikinti mağazasında yanğın - VİDEO
Ağdaş rayonu, Yeni yaşayış massivi adlanan ərazidə mağazada yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdaş rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 800kv.m. olan ikimərtəbəli tikinti materialları mağazasının ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində baş verən yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində tikinti materialları mağazasının ərazisində sahəsi 100kv.m. olan anbarın yanar konstruksiyaları və içərisində olan tikinti malları 100kv.m. sahədə yanıb.
Mağaza, mağazanın qarşısına yığılmış tikinti malları və bitişik tikilmiş ümumi sahəsi 100kv.m. olan avtomobil ehtiyat hissələrinın satışı mağazası yanğından mühafizə olunub.
-
İdman13:36
Finalda uduzan kişi futbolçular qadın hakimə hücum çəkdilər - VİDEO
-
Region13:11
Kopırkinin geri çağırılmasının sirri: Moskva İrəvanla bağlı hansı qərarı verib?
-
Qarabağ 12:51
Ermənilərin Qarabağdakı gizli bunkeri - Video
-
Sosial12:31
Küləkli hava şəraiti gün ərzində davam edəcək
-
Cənubi Qafqaz11:36
İrəvan çalxalanır: Simonyan da saxlanıldı - VİDEO
-
Sosial11:06
Çalınmayan “son zəng”lərini 32 il sonra çaldılar - VİDEO
-
Elm və təhsil10:56
Azərbaycan təhsilində yeni ixtisaslar açılacaq - Nazir
-
Dünya10:15
Rusiyada ermənilərlə ruslar bir-birinə girdi - KÜTLƏVİ DAVADAN FOTO