Qırmızı.az
BDU imtahan qaydalarında dəyişiklik etdi
Bu gün BDU-da Bakı 2015 Birinci Avropa Oyunlarında könüllü kimi iştirak edən universitetin 3000 tələbəsi ilə görüş keçirilib.
Universitetin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə rektor Abel Məhərrəmov təbiət və humanitar fakültələrin tələbələrini ayrı-ayrılıqda qəbul edib və oyunların yüksək səviyyədə keçirilməsində onların xüsusi xidmətlərini qeyd edərək təşəkkürünü bildirib.
Rektor prezident İlham Əliyevin könüllüləri əməyinə verdiyi yüksək dəyərdən, Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın tədbirin bağlanış mərasimində könüllülərə etdiyi təşəkkürdən danışıb. Onun sözlərinə görə, bu oyunlar könüllülər üçün təcrübə olmaqla yanaşı, gələcək karyeralarının qurulmasında öz sözünü deyəcək.
Rektor təhsil naziri Mikayıl Cabbarovun tələbə könüllülərə ünvanlanmış minnətdarlıq müraciətini onların diqqətinə çatdırdıqdan sonra problemlərini dinləyib və müvafiq tapşırıqlarını verib.
Bu gündən etibarən könüllülər üçün başlayan sessiya imtahanlarından danışan rektor imtahanların universitetdə bir qayda olaraq yazılı keçirildiyini, lakin könüllülər üçün qaydalarda dəyişiklik edildiyini, şifahi qaydada olacağını diqqətə çatdırıb.
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO