Sabah da hava küləkli olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah da hava küləkli olacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 34 dərəcə olacaq. İyulun 4-də isə temperatur rejimində ciddi fərq olmasa da, şimal küləyi üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, iyulun 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyioşkəb buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Paytaxtda havanın temperaturu gecə 22-25, gündüz 29-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 3-də hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda havanın temperaturu gecə 14-19, gündüz 24-29 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm