Qoroskop
Astroloji proqnoz - 07 oktyabr
Qoç - əvvəlki günün ruhu və təmayülləri davam
edir. Lakin keçmişin energetikasından qurtulun.
Sürətlə aktivləşən və planlaşdırılmamış şəkildə məğzini dəyişə
biləcək ünsürü kontrolda saxlayın.
Yaşam arealınızda, işgüzar münasibətlərinizdə qayda yaradın.
Həmkarlar və ailə üzvləri ilə münaqişələrə rəvac verməyin.
Yaranan ideyalar toplusundan birini, ən vacibini, sərfəli və
maraqlısını seçin. Bir mövzunun çərçivəsində qalmayın, hadisələrin
ritminə uyğun hərəkət edin.
Buğa - nevroz, əsəbi gündür. Daxili narahatlıq,
gərginlik hiss edəcəksiniz. Hisslərə qapılmayın, emosional olmayın.
Düşünülməmiş qərarlar verməyin. Nəzərdə tutduğunuz işləri kənardan
yardım gözləmədən həyata keçirin.
Yaxşı tanımadığınız insanlara bel bağlamayın.
Günün ikinci yarısında rutin məsələlərin həlli sizi
qıcıqlandırmamalıdır.
Axşam saatlarında əhvalınız yaxşılaşacaq.
Əkizlər - maraqlarınızı reallaşdırmağa çalışın.
Süst və ətalətli olsanız, mühüm məqamı əldən buraxa bilərsiniz.
Çoxdan bəri gerçəkləşdirmək istədiyiniz plan çərçivəsində konkret
addımlar atmaq üçün şans yaranıb.
Böyük ümid və gözləntiləriniz olduğu məsələdə, layihədə və ya işdə
baş verənləri diqqətlə izləyin. Kimsə yaşamınıza müdaxilə etməyə
çalışır. Belə siqnalları gözdən qaçırmayın. Hətta ən qəribə və
qeyri-adi hadisələrin səbəblərini anlamağa can atın.
Xərçəng - səhər saatları yeni işə başlamaq üçün
münasib zaman deyil. Yarımçıq qalmış işi tamamlayın. Diqqətiniz
dağınıq olmamalıdır. Ən adi məsələlərin həllində aciz qalmayın.
Yalnız özünüzə güvənin.
Günün ikinci yarısında bəzi problemlərin çözümündə həmkarların
təcrübəsindən yararlana bilərsiniz. Tələbatınızı təmin etmək üçün
zəruri addımları atın.
Axşam saatlarında qonaq getmək, yaxud maraqlı məkanlardan birinə
baş çəkmək olar.
Şir - ən aktual məsələlərin həllinə başlaya
bilərsiniz. Saatlar keçdikcə enerjiniz azalacaq. Bu səbəbdən
imkanlarınızdan maksimum istifadə edin. Az qala dahiyanə saydığınız
ideyalar, əslində, illüziyalardır. Xəyallara qapılaraq yanlış
addımlar atmayın.
Günün ikinci yarısında pərişanlığa düçar olmamaq üçün çevik və
aktiv olun. Məsuliyyətin etirafından qorxmayın.
Axşam saatlarında tərəfdaşlar və ya dostlarla ünsiyyət alınmaya
bilər. Maliyyə məsələləri ön plana çıxacaq.
Qız - günün ilk yarısı uğurlu zamandır.
Planlarınızı reallaşdırın. Hadisələrin axarına təsir imkanlarınız
var. Niyyət və istəklərinizin məcmusunu bir daha dəyərləndirin.
Günün ikinci yarısında ideyalarınız nə qədər cazibədar da olsa,
məsləhətləşməyi unutmayın. Ailə üzvləri və qohumlarla ünsiyyətdə
aqressivliyə yol verməyin. Əks təqdirdə münaqişə, qarşılıqlı
inciklik yarana bilər.
Axşam saatlarını evdən kənarda keçirin, istirahət edin.
Tərəzi - səhər saatlarından etibarən əhvalınız
yaxşı olacaq. Hər şeyə rəğmən, nikbin davranın. Hadisələrin məcrası
pozitiv deyil. Ruhdan düşməyin, bədbinliyə qapılmayın.
Günün ikinci yarısında yeni şərtlər və qəfil hadisə bəzi planlarda
dəyişiklikləri qaçılmaz edəcək. Cari problemlərin həlli üçün
istirahəti, əyləncəni unudun.
Axşam saatlarını ailə üzvlərinizə həsr edin.
Əqrəb - məsuliyyətli və genişmiqyaslı layihənin
icrasına başlamaq olar. Əvvəllər başladığınız işləri, təbii ki,
başa vurmağı unutmayın. Diqqətli olun, ətrafınızda baş verən
hadisələri izləyin.
Günün ikinci yarısında məqsədə çatmaq üçün ən optimal yolu seçin.
Problemlərin effektiv həll yollarını arayın.
Çətinliklərin öhdəsindən kreativ, qeyri-trivial yolla gələ
bilərsiniz.
Axşam saatlarında dostlarınızın, dəyər verdiyiniz insanların
qayğısına qalın.
Oxatan - bildiyiniz kimi hərəkət edin. Kənar
məsləhətlərə çox aludə olmayın. Bununla belə, situasiyanın
tələblərini, günün şərtlərini nəzərə alın. Sizə dəyər verən
insanlarla qaba davranmayın.
Günün ikinci yarısında qarşılıqlı sayğı və anlaşma varsa, komanda
fəaliyyəti əla nəticə verəcək. Yaşlı qohumlardan birinin
sözlərindən faydalanmaq zamanıdır.
Axşam saatları üçün nəzərdə tutduğunuz görüş sizdən asılı olmayan
səbəblərə görə təxirə salına bilər.
Oğlaq - eyni vaxtda bir neçə mühüm mövzuda və
ya istiqamətdə yeniliklər yaşana bilər. Planlar dəyişə bilər. Yaxın
ətrafınızdakı insanlara qıcıqlanmayın. Səbrli olun, təmkinli
davranın.
Bu gün təşkilatçılıq bacarığınızın olub-olmadığı bilinəcək. Həddən
artıq narahatlıq nümayiş etdirməyin. İşdə və ailədə maksimal
tələbkarlıq göstərməyin, xırdaçılığa varmayın. Əks təqdirdə
münaqişə qaçılmazdır.
Cari işlərlə məşğul olun və hadisələrin intensivləşməsindən gərəkli
nəticələr çıxarın.
Axşam saatlarında maraqlı ünsiyyət məsləhətdir.
Dolça - rahat və adi günlərdən biri deyil. Bəzi
nüanslar sizi saatlarla gərginlikdə saxlayacaq. Çevik və mütəhərrik
olun. Yaranan problemləri ən qısa zamanda çözməyə can atın.
Günün ikinci yarısında işgüzar təmasları aktivləşdirin. Karyeranız
həmkarlarınız və tərəfdaşlarınızın sizə münasibətlərindən
əhəmiyyətli dərəcədə asılı olmamalıdır. İşdə rəhbərliklə,
həmkarlarla rəvan münasibətləri qoruyun.
Axşam saatlarında normal istirahət edin. Əyləncəyə yollana
bilərsiniz.
Balıqlar - günün ilk yarısında qarşınızda duran
məqsədlərə çatmaq üçün aktiv çalışın. Fəal olun, süstlük etməyin.
Eyni zamanda, tələskənlik də yaramaz. Düşünülmüş qərarlar
verin.
Günün ikinci yarısında aramla irəliləyiş sürətli sıçrayışlarla
müqayisədə daha yaxşı nəticələr verəcək. İşdə rəhbərliklə danışmaq
üçün münasib zamandır. Yaxın ətrafınızdakı anlaşılmazlığı aradan
qaldırın.
Qarşılıqlı güzəştlər və qayğı daha yaxşı sonuclar verəcək.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"