Qoroskop
Astroloji proqnoz - 15 dekabr
Qoç - Ünsiyyətdə çətinliklər yaranır - dilinizi
tutmur, lazım olmayan sözləri deyirsiniz. Bir qədər təmkinli
olsanız, mübahisə və xoşagəlməz məqamlardan qaça bilərsiniz. Bütün
hərəkətlərinizin mümkün nəticəsini vaxtında qiymətləndirməyiniz
vacibdir.
Qadınlarla münasibətlərdə çətinliklər yaranır: onlar sizi idarə
etmək vasitəsi tapırlar, siz isə heç də həmişə onlara müqavimət
göstərə bilmirsiniz. Maliyyə məsələlərini həll etmək, həmçinin
əmlakla bağlı işlərlə məşğul olmaq məsləhət deyil.
Buğa - Günün emosional fonu xoş deyil, çoxları depressiyaya meyl edirlər. Yaşlı qohumlarınızla, rəhbərliklə münasibətlərdə çətinlik yarana bilər. Uşaqlar və yeniyetmələr üsyana qalxır, müstəqil qərar vermək hüquqlarını müdafiə edirlər. Vacib məsələləri kimsədən kömək ummadan, təkbaşına həll etmək gərəkdir.
Əkizlər - Səhəri vacib görüşlər və iş görüşləri
üçün ayırın, bunlar çox məhsuldar keçəcək. Həmçinin müxtəlif
konfranslarda, seminarlarda, reklam və xeyriyyə aksiyalarında
iştirak edə bilərsiniz. Ünsiyyət sevinc gətirir, asanlıqla yeni
tanışlar tapırsınız.
Təndricən mənfi tendensiyaların təsiri artır. Axşamı təklikdə,
sakit məşğuliyyət arxasında keçirmək məsləhətdir. Ciddi xərclərdən
çəkinin. Səfərlər və ziyafətlərə qatılmaq məsləhət deyil.
Xərçəng - Başqalarından düzgün istifadə edərək
çox şeyə nail ola bilərsiniz. Hiyləgər, müşahidəçilsiniz,
ətrafınızdakıların sizin idarəniz altında hərəkət etdikləri heç
ağıllarına da gəlməyəcək. Yəni dovşanı araba ilə tutursunuz. Şəxsi
cazibənizdən istifadə edərək sizə peşəkar problemlərinizin həllində
dəstək ola biləcək insanların rəğbətini qazanırsınız.
Əyləncəli tədbirlərin təşkili, şən səfərlər və ekskursiyalar üçün
əla gündür. Tək qalmamağa çalışın: darıxmaqdan birtəhər
olarsınız.
Şir - Ciddi sarsıntı gözlənilmir. Çətinliklər
yalnız axşam yarana bilər. Bu isə əsasən enerjinizin azalması ilə
əlaqədardır. Diqqətinizi cəmləşdirə bilmir, tez-tez səhvlər edir,
vacib məqamları nəzərdən qaçırırsınız. Mürəkkəb hesabatların, smeta
və texniki sənədlərin tərtibi məsləhət bilinmir.
Yaxınlarınız sizi dəstəkləməyə, ideyalarınızın yerinə
yetirilməsində kömək etməyə hazırdırlar. Bircə şeyin öhdəsindən
gələ bilmirlər - bədbinliyiniz getdikcə artır.
Qız - Günün ilk yarısı xoş keçəcək. Həmin
dövrdən həm işgüzar, həm də şəxsi məqsədlər üçün istifadə etmək
olar - vacib qələbələr qazana bilərsiniz. Amma təəssüf ki, vaxt
keçdikcə şərait çətinləşir. Günün ortasında əhvalınız korlanacaq,
enerjiniz azalacaq. Bu vaxt tənqidə xüsusilə dözümünüz
olmayacaq.
Qadınlarla münasibətləriniz yaxşı deyil, hərdən boş şeylər üstündə
mübahisəniz düşür. Məişət problemlərinin həllində çətinlik
çəkirsiniz. Eksperimentlər, risk etmək, ənənələri pozmaq məsləhət
deyil.
Tərəzi - Ətrafdakılarla münasibətlərin bütün
incəliklərini anlamaq çətindir, odur ki, başqalarının arasındakı
münaqişələrə qarışmayın.
Uzaqgörən planlar quranlar üçün, möhtəşəm nəticələr gözləyənlər
üçün gün xoş olmayan sürprizlər gətirə bilər. Əgər hadisələrin adi
axarla getməsinə razısınızsa, sürprizlər gözləmirsinizsə, o zaman
mənfi emosiyalara da qapılmayacaqsınız.
Əqrəb - Ehtiyatlı olun. Sizə elə təkliflər
edəcəklər ki, onlara yox demək çox çətin olacaq. Sizi şübhəli bir
işə, maliyyə fırıldağına cəlb edə bilərlər. İstiqrazlarla bağlı
əməliyyatlar, bank krediti götürmək, yaxud dost və tanışlarınıza
borcla əlaqədar müraciət etməyiniz məsləhət deyil.
Yaxınlarınızla münasibətləriniz sabitdir, ancaq təəssüf ki,
ehtiyacınız olan şəfqəti onlardan ala bilmirsiniz. Bunu hiss edən
bir şəxs yalançı diqqət və mərhəmət göstərərək sizi idarə etməyə
çalışacaq. Nağıllara inanmayın: həyata realist, hətta bəzən skeptik
baxış bir çox tələlərdən yan keçməyinizə kömək olacaq.
Oxatan - Nəzərə almaq lazımdır ki, yalnız güclə
yox, hiyləgərliklə qələbə qazanmaq olar. Nəzakət və taktika da
artıq olmayacaq.
Maliyyə vəziyyəti yaxşı deyil, düşünülməmiş xərclərdən çəkinmək
lazımdır. Pul üstündə mübahisələr mümkündür: ümumi resurslardan
istifadə barədə razılığa gəlmək olmur. Maraqlı tanışlıqlar çox olsa
da, bunların heç biri ciddi münasibətlərə rəvac vermir.
Oğlaq - İşgüzar, enerjili, yeniliklərə
açıqsınız. Gününüz çox maraqlı olacaq. Təəssüf ki, diqqət və
ehtiyatlılığınızla seçilmirsiniz, odur ki, arzuolunmaz təmaslara,
uğursuz sonluqla bitəcək şübhəli layihələrə qatılmağınız mümkündür.
Təcrübəli insanların məsləhətinə və təcrübəsinə əsaslanaraq artıq
həyəcanlardan xilas ola bilərsiniz.
Romantik əhvalınız güclənib. Hətta evli, yaxud biriylə eşq
yaşayanlar da təzə həvəsə düşürlər. Amma bugünkü həvəslər elə həvəs
olaraq qalır, ciddi münasibətlərdən söz belə gedə bilməz.
Dolça - Yaxşı gün deyil. Emosiya və ötəri
həvəslərinizə böyük önəm verir, sağlam düşüncənin dediklərini isə
saya salmırsınız. Gərəksiz xərclərlə itkilər mümkündür. Peşəkar
karyeranızın birbaşa asılı olduğu insanla aranızda münaqişə
mümkündür.
Tənqidə sərt reaksiya verir, yaxınlarınızın istənilən məsləhət və
təklifinə qarşı çıxırsınız. Ətrafınızdakıların aramsız olaraq
xətrinə dəyməyinizə baxmayaraq, təklikdə qalmaq da istəmirsiniz.
Sizə hakim olan təzadlı istəklər onsuz da çətin olan günü daha da
qəlizləşdirir.
Balıqlar - Mürəkkəb məsələlərə diqqət yetirin -
onlar üzərində iş sizə maraqlı və faydalı olacaq. Yeni təcrübə
qazanmaq, peşə təcrübənizi artırmaq imkanı yaranıb.
Ətrafınızdakıların sizin barənizdə nə fikirləşdikləri, rəhbərliyin
müvəffəqiyyətlərinizin fövqündə olub-olmadığı barədə yox,
gördüyünüz işlərin xoş sonluğu barədə düşünün. Əməkdaşlıqdansa,
müstəqil işləməyə üstünlük verin.
Şəxsi xarakterli istənilən məsələnin həlli zamanı bütün maraqlı
tərəflərin rəyini nəzərə alın. Sizdən müəyyən qurbanlar tələb
olunur, ancaq bunlar sizi təşvişə salacaq dərəcədə qorxulu və
dəhşətli deyil.
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...