“Marsda həyat var” - Bir əsr əvvəl yazılan məlumatlar tapıldı - FOTO
Bizi izləyin

Qoroskop

“Marsda həyat var” - Bir əsr əvvəl yazılan məlumatlar tapıldı - FOTO

Marsda həyatın varlığına dair bir əsr əvvəl yazılan məqalə tapılıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20-ci əsrin əvvəllərində Osmanlıca nəşr olunan “İnsan və Həyat” jurnalında Marsda həyat olduğuna dair məlumatlar və faktlar dərc olunub.

1926-cı ildə dərc olunan məlumatda deyilir: “Ötən ay Londonda Marsdan xəbər gəldiyi haqqında bir rəvayət çıxarıldı. Telelqrafxanaların birində sakit və durğun bir gecədə qəribə işarələr qeyd edildi. Bu işarələri yazan adam İngiltərədə Astronomiya ilə məşğul olan elm adamlarından biri idi. Bu işarələri Marsdan gəlmiş bir xəbər kimi dərk edən bu elm adamı ora cavab göndərmək üçün özü də bir teleqram yazıb Marsa göndərmələrini xahiş etdi. Minlərlə insan teleqrafxana önünə toplaşıb yad planetdən gələcək cavabı gözlədi. Lakin cavab gəlmədi.

“Marsdan xəbər gələcək”

İndi bizə gülünc görünən bu təcrübə bir gün gələcək ki, həqiqət olacaq və o vaxtın insanları bizim cahilliyimizə lağ edəcəklər. Çünki Marsda insan olduğu artıq real görünür. Mars bizdən daha qədim tarixə malik olduğu üçün oradakı insanların bizdən daha mədəni, daha ağıllı olduqları qəbul edilməkdədir. Yüksək texnologiyaya sahib ola bilmədiyimizdən Marsdakılarla əlaqə yarada bilmirik.

“Marsda həyat var”

Mars haqqında son zamanlar rəsədxanada müşahidəçilərin əldə etdikləri biliklər bizim böyük səhra haqqındakı biliklərimizdən daha çoxdur. Mars bizə ən yaxın olan ulduzdur. Marsın səthi çox parlaq və portağal rəngində göründüyü üçün teleskoplarla açıq şəkildə görmək olar.

Mars Günəşin ətrfına 687 günə dövrə vurur. Buna görə də Marsda bir il bizimkinin hardasa iki mislinə bərabərdir. Mars Yer kürəsinə ən yaxın gəldiyi zaman 135 milyon mil, ən uzağa getdiyi zaman 150 milyon mil məsafədə olur. Marsın səthində su buxarı olduğu şübhəsizdir. Bu şərtləri daşıyan bir iqlimdə heyvan və bitkilərin varlığı təbiidir. Oranın havası bizim havamızdakı maddələrdən ibarətdir. Buna görə də Marsda da həyat var. Yalnız həyatı çətinləşdirən bəzi şərtlər mövcuddur. O cümlədən orada istilik daha azdır.

Boyları uzun, başları böyük

Elm adamlarını Marsda bizdən daha kamil insanların var olduğuna inandıran səbəblərdən biri də Marsda görülən kanallardır. Bu kanallar yüzlərlə kilometr uzunluğundadır. Ən son model teleskoplarla açıq-aşkar görünür. Bu kanalların oradakı insanların su ehtiyacları üçün çəkildiyi zənn edilir. Çünki Marsda su az və çöllər genişdir. Bu geniş çölləri sulamaq üçün böyük kanallar ərsəyə gətirilib. Marsdakı insanların bizdən daha kamil və daha ağıllı olduqlarının bir sübutu Marsın bizim Planetimizdən daha qədim olmasıdır. Marsda həyat başladığı zaman bizim planetimiz hələ duman halında idi. Planetimizdə həyat başladığı zaman Marsda bəşəriyyət qədim tarixə malik idi. Orada cazibə qüvvəsi az olduğuna görə boyları uzun, başları böyük adamlar olduqları təxmin edilir.

Rübabə Mirİsmayılqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm