Astroloji proqnoz - 05 aprel
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 05 aprel

Qoç - Yenə liderliyi ələ keçirəcəksiniz. Macəralı, hərəkətli bir gün sizi gözləyir.

Buğa - Maddi və mənəvi baxımdan risk almalı olacaqsınız. Sizə dəstək olan dostlarınız var.

Əkizlər - Dostlarınızla və ya iş yoldaşlarınızla olan planlarınız baş tutacaq. Özünüzə inanın. Hər sahədə uğur əldə edə biləcəyiniz bir gündür.

Xərçəng - İctimai yerlərdə vaxt keçirməyin. İçinizdəki sıxıntının keçməsi üçün tək qalmalı və özünüzü anlamağa çalışmalısınız.

Şir - Yaxşı vaxt keçirəcəksiniz. Eşq həyatınızda müsbət irəliləyişlər olacaq.

Qız - Hadisələr axarına düşəcək. Özünüzü yormayın. Əlinizdən gələni etdikdən sonra hər şey taleyinizdən asılı olacaq.

Tərəzi - Qarşınıza intellektuallığınızı nümayiş edə biləcəyiniz fürsətlər çıxacaq. Fikirləriniz ciddi qəbul olunur. Ona görə də, yüz ölçüb, bir biçin.

Əqrəb - Qonaq getmək və ya gəzintiyə çıxmaq olar. Dincəlin, özünüzə vaxt ayırın.

Yay - Sevdiyiniz insanlarla xoş vaxt keçirəcəksiniz. Zəka oyunları oynamağa həvəslənəcəksiniz. Səhhətinizlə bağlı narahatçılıqlar yenidən gündəmə gələ bilər.

Oğlaq - Hədəflərinizə çatmaq üçün hər şərait var. Sadəcə cəsarət edib ilk addımı atmalısınız.

Dolça - Yeni dostluqlar quracaq, iş görüşmələrinə gedəcəksiniz. Gülərüzünüz və səmimiliyiniz işlərinizi asanlaşdıracaq.

Balıq - Hissləriniz sizi yamıltmayacaq. Həqiqəti qəbul etmk çətin olsa da, bununla üzləşməlisiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm