Astroloji proqnoz - 15 may
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 15 may

Qoç - planlarda ciddi dəyişiklik etmək gərəkdir.. Günün ikinci yarısına qədər işlərin böyük qisminin öhdəsindən gəlməyə çalışın.

Buğa - Zahiri görünüşünüzə xüsusi fikir verin. Rəğbət bəslədiyiniz insanın diqqətini cəlb edin.

Əkizlər - Uzunmüddətli müqavilələr imzalamaq, yeni sifariş götürmək və ya fərqli işə başlamaq olar. Bütün işlərin öhdəsindən təkbaşına gəlməyə çalışmayın.

Xərçəng - Yeni tanışlarda xoş təəssürat yaradırsınız. Maraqlı təkliflər alacaqsınız.

Şir - Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə müəyyən soyuqluq yarana bilər. Elə hərəkət edin ki, münaqişə və ya anlaşılmazlıq üçün səbəb yaranmasın.

Qız - Planlara çox kiçik düzəlişlər tələb olunur. Narahat olmayın və yaranmış situasiyadan maksimal xeyir götürməyin yollarını düşünün.

Tərəzi - Alış-veriş üçün əlverişli gündür. Münaqişələri yatırın, müttəfiq qazanın.

Əqrəb - Gün xoşagələn məcrada deyil. Düşmən və bədxahlarınızı olduqlarından zəif qiymətləndirməyin.

Sadəlövh olmayın, yalan təriflərə və yaltaqlara inanmayın.

Oxatan - gün uğursuz başlayacaq. Ciddi problemlər yaşana bilər. Özünüzə inamınızı itirməyin.

Oğlaq - İntuisiyanız sizi aldatmaycaq. Lakin hər şeyin asan və rahatlıqla alınacağını düşünməyin.

Dolça - Yaxın ətrafınızdakı insanlardan yardım və ya yaxşı məsləhət gözləməyin. Bu günün sınağından təkbaşına, müstəqil şəkildə keçməlisiniz.

Balıq - Problemlərdan qaçmağa çalışsanız da, onlar sizi haqlayacaq və həll tələb edəcəklər. Necə hərəkət etmək gərəkdiyini yalnız məntiq və sağlam düşüncə ilə tapa bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm