Qoroskop
Səbuhi Rəhimlidən aprelin 30-na olan astroloji proqnoz
QOÇ - Günün birinci yarısında mübahisəli situasiyalara cəlb olunma ehtimalınız böyükdür. Odur ki, hər xırda məsələyə ciddi reaksiya verməyin. Nahardan sonra maraqlı görüşləriniz gözlənilir.
BUĞA - Qərarlarınızda qətiyyətli olsanız, müvəffəqiyyətə yaxınlaşacaqsınız. Mənfi enerjili Ayın bürcünüzdə olmasını da unutmayın. Bədxah adamları həqiqət və reallıqla məğlub edin.
ƏKİZLƏR - Olduqca əlverişli gündür. Yeni və perspektivli sövdələşmələrdə iştirakınızdan tutmuş maliyyə məsələlərinə qədər ulduzlar yardımçınız olacaq. Ona görə də boş oturmamalısınız.
XƏRÇƏNG - Ümumi məziyyətlərinə görə gərgin gün hesab etmək olar. Bu səbəbdən də bütün enerjinizi təmkinli olmağa yönəltməlisiniz. Əsəbinizlə oynayan adamlarla üz-üzə gəlməməyə çalışın.
ŞİR - Sevgi münasibətlərində mövcud olan müəmma və anlaşılmazlıqları yoluna qoymaq üçün şanslı vaxtdır. Bu fürsəti fövtə verməyin. Amma işlə bağlı riskli sövdələşmələrdən uzaq olun.
QIZ - Fəaliyyət sahəsində uğurlara yaxınlaşdığınızı bəyan edən Göy qübbəsi aktivliyinizi artırmağı məsləhət görür. Ailə-sevgi və digər münasibətlərdə də vəziyyət xeyrinizə olacaq.
TƏRƏZİ - Ulduzlar əsas vaxtınızı maliyyə istiqamətində xərcləməyinizi məsləhət görür. Hər hansı əyləncə və ya səfərlər uğurdan xəbər vermir. Bu şansdan yararlansanız, büdcəniz artacaq.
ƏQRƏB - Ümumi sıxıntılarınız qlobal planlarınızın gerçəkləşməsinə mane olur. Yaxşı şeylər düşünün. Çünki insan fikri gələcəyi formalaşdırır. Pula görə kiminləsə düşmənçilik yaratmayın.
OXATAN - Bəri başdan sürprizlərə hazır olun. Oturaq işlərə aludə olmaqdansa, fəallığınızı artırın. Bəxtinizdə qazanc da var. Nahar ərəfəsində cinayət tərkibli və dinə zidd addımlardan yayının.
OĞLAQ - Bir qədər darıxdırıcı olsa da, daxili sabitliyinizi qorumaqla müəyyən rahatlıq tapa bilərsiniz. Ciddi qərarlar qəbul etməyinizə lüzum yoxdur. Axşam qonaq getməyiniz yaxşı olar.
SUTÖKƏN - İşinizlə bağlı xeyli yeniliklərin şahidi olacaqsınız. Ürəyinizcə olan təkliflər alacağınıza da şübhə etməyin. Axşama doğru isə müəyyən təxribatlarla baş-başa qalma ehtimalınız var.
BALIQLAR - Saat 15-ə qədər hansısa uğurlu cəhdlərə nail olacağınızı düşünməyin. Göstərilən müddətdə yalnız istirahətə fikir verin. Yalan vədlər vermək, əsassız danışmaq zərərinizədir.
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO