Qoroskop
Astroloji proqnoz - 14 oktyabr

Qoç - Güclü və zəif yönlərinizi
müəyyənləşdirin. Şəxsi münasibətlərdə sizi narahat edən, çoxdan
bəri çözüm yolunu aradığınız maneəni aradan qaldırın.
Fəaliyyətinizin məhsuldar olması üçün zəruri addımlar atın.
Günün ikinci yarısı işdə rəhbərliklə danışmaq, həmkarlarla bəzi
məsələləri müzakirə etmək üçün əlverişlidir. İşgüzar müzakirələr və
yazışmalarda tələskənliyə yol verməyin.
Axşam saatlarında emosiyalarınızın tarıma çəkilməsi dəyər
verdiyiniz münasibətlərə zərbə vura bilər.
Buğa - Günün ilk yarısından etibarən yaxın
ətrafınızdakı insanlarla və qohumlarınızla münasibətlərdə gərginlik
yarana bilər. Yaşlı qohumların, ailə üzvlərinin dediklərini
dinləyin. Məsləhətləri qulaqardına vurmayın.
Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın.
Tapşırıq və sifarişləri vaxtında, keyfiyyətlə yerinə yetirin. Cari
öhdəlikləri unutmayın.
Axşam saatlarını dostlarınızla keçirin. Səs-küylü məclis əhvalınıza
mənfi təsir edəcək.
Əkizlər - Çevik, qıvraq, mütəhərrik olun. Cari
işlərin öhdəsindən nəzərdə tutduğunuz vaxtdan da tez gələ
bilərsiniz. Vədlərinizi yerinə yetirin. Öhdəlikləri unutmayın.
Günün ikinci yarısında həmkarların yardımlarına bel bağlaya
bilərsiniz. Bəlli məsələ ilə bağlı işdə rəhbərlik sizin
dediklərinizi nəzərə alacaq. Yaradıcı insanlar üçün yaxşı
zamandır.
Axşam saatlarında məişət işlərinin yerinə yetirilməsində "üzüyola"
olsanız, qohumlar və ailə üzvlərinizlə münasibətləriniz daha da
yaxşılaşar.
Xərçəng - Qapalı olmayın, ünsiyyətdən
yararlanın. Yaxın ətrafınızdakı insanlarla təmaslarda arqessiv
davranmayın. Qarşı tərəfin dediklərinə qulaq asın, eşitdiklərinizi
qulaqardına vurmayın. Özünüzdən bədgüman olmayın.
Günün ikinci yarısında tərəfdaş və ya şəriklə müzakirələrdə
mövqelərinizdən geri çəkilməyin. İşdə rəhbərliklə danışası olsanız,
vəzifənizin artırılması, maaşın məbləğinin yüksəlməsi ilə bağlı
çoxdan demək istədiklərinizi söyləyin.
Şəxsi münasibətlərdə nəzakətli olun.
Şir - Oxşar maraqlar, məqsədlər və planlarınız
olan insanlarla bir araya gəlmək pis olmaz. Gün sakit deyil,
əhvalınız dəyişə bilər. Olayların axarı təmasda olduğunuz insanlar
və gördüyünüz işlərdən asılıdır.
Zamandan məqsədə çatmaq üçün maksimum istifadə edin.
Hər problemin həlli üçün birbaşa müdaxilə yaramır.
Təmkinli və soyuqqanlı davranış gərəksiz problemlərdən qurtulmağa
yardım edə bilər.
Kommersiya işlərində uğurlu gündür.
Axşam saatlarında romantik şəraitdə görüşü reallaşdıra
bilərsiniz.
Qız - Uğurlu gündür. Hadisələrin normal axarı
sizə bəyəndiyiniz işi seçməyə imkan verir. Qətiyyət və iradə ilə
çalışsanız, sürətli irəliləyişə nail ola bilərsiniz.
Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın.
Romantikaya qapılaraq düşünülməmiş addım atmayın. Dəyər verdiyiniz
insanlarla münasibətlərinizi korlamayın.
İnadkarlıq etməyin, münaqişə və ya mübahisə üçün səbəb
aramayın.
Tərəzi - Günün ilk yarısını qarşınıza
qoyduğunuz məqsədə çatmaq üçün fayda ilə keçirə bilərsiniz. Konkret
material nəticəyə yönəlmiş iş xüsusilə yaxşı sonuclar verəcək.
Abstrakt mənfəətlə maraqlanmayın.
Günün ikinci yarısında ünsiyyəti birgə fəaliyyət və ya əməkdaşlıqla
məhdudlaşdırın. Yaxın gələcəklə bağlı yeni planlar qurmaq olar.
İşgüzar toplantılara qatılın, problemləri həll edin. Yazışmalarda
passivlik etməyin.
Axşam saatları ev işləri üçün sərfəlidir. Daşınmaz əmlak və ya
torpaqla bağlı problemləri həll etmək olar.
Əqrəb - Səhər saatlarından etibarən çox
danışmalı olacaqsınız. Yaxın ətrafınızdakı insanların bəziləri sizi
anlamır və ya anlamaq istəmirlər. İnternet təmaslarında diqqətli
olun. Tam oxumadığınız və mahiyyətinə bələd olmadığınız sənədi
imzalamayın.
Günün ikinci yarısı hüquqi mübahisələrin yoluna qoyulması,
niyyətlərin və məramların müzakirəsi üçün əlverişlidir. Qarşı
tərəflə danışıqlar apararaq ortaq məxrəcə gəlmək olar.
Bəzi problemləri axşam saatlarında qeyri-rəsmi şəkildə həll etmək
mümkündür.
Oxatan - Enerjili olun. Çətinlikləri dəf etmək
üçün kənardan yardım gözləməyin. Planlarınızı təhlil edin. Əsas
məsələlər ikinci dərəcəli məqamların kölgəsində qalmamalıdır.
Qaydalar, normalar və qanunlar çərçivəsindən kənara çıxmayın.
Günün ikinci yarısında əldə etmək istədiyiniz nəticələri
müəyyənləşdirin. Fərdi fəaliyyət qrafikini tərtib edin.
Axşam saatlarında ailə üzvlərindən birinin problemini həll etmək
gərəkdir. Qəfil qərarlar effektiv olmayacaq.
Oğlaq - Mümkün qədər sürətli olun. Qətiyyətlə
davranın. Problemlərin həllində iradənizi nümayiş etdirin.
Qüvvənizi, potensialınızı gərəkli işlərə sərf edin.
Bilik və bacarıqlarınızdan bəhrələnmək üçün əlverişli zamandır.
Çoxdan bəri həyata keçirmək istədiyiniz planları reallaşdırmaq üçün
günün ikinci yarısı əlverişli zamandır. Əvvəllər yalnız
arzuladığınız məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə
edin.
Emosional davranış, hisslər, aqressivliyiniz yaxın ətrafınızdakı
insanlarla münasibətlərinizi korlaya bilər. Dostlar və ya qohumlara
güzəştə getmək gərəkdir.
Dolça - Səhər saatlarından etibarən tələskənlik
etməyin. Bəzi məsələlərin çözülməsində gözləmə mövqeyi tutmaq daha
əfzəldir. Ətrafınızdakı şəraiti tam anlamırsınızsa, mühüm işlərin
reallaşdırılmasına başlamayın.
Günün ikinci yarısında hadisələrin inkişaf məcrasını təxminləyin.
Əks halda ciddi yanlışlığa yol verəcəksiniz. Səhv indiyədək əldə
etdiyiniz uğurlarla nəticələrin üstündən xətt çəkə bilər.
Yaxınlarınızla ünsiyyət münaqişəyə çevrilməsin.
Axşam saatları etiraflar zamanı deyil.
Balıqlar - Emosiyalarınıza əsir düşərək, hisslərinizə uyaraq düşünülməmiş addımlar atmayın. Günün emosional fonu sizdən rasional və praqmat davranış tələb edir. Həddən artıq aktiv olmayın. Zərurət varsa, tempi bir qədər aşağı salın. Günün ikinci yarısında şəriklər və ya tərəfdaşlarınızdan biri sizə sürpriz edə bilər. Gözlənilməz hadisələrə hazır olun. Situasiyanın ani dəyişikliklərindən faydalanın. Axşam saatlarında gəzintiyə çıxın, stressdən qurtulmağa çalışın.
Milli.Az

-
Elm və təhsil01:41
Keçid balı ən az olan İXTİSASLAR - SİYAHI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Kiçik səhvlər böyüyə bilər
-
Magazin229 Aprel 23:36
Məşhur rok qrupunun vokalisti VƏFAT ETDİ - FOTO
-
Sosial29 Aprel 22:48
7 ay əvvəl toyu olmuşdu...
-
Magazin129 Aprel 22:12
“Həmin məktəb həyat yoldaşımın adını daşıyır”
-
Nida Xəbər 29 Aprel 21:00
Prezidentin qızları ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimində - FOTO
-
Hadisə29 Aprel 19:30
Bakının mərkəzindəki yanğınla bağlı YENİ XƏBƏR
-
Sosial29 Aprel 17:08
Bakının bu rayonunda qaz olmayacaq