Qoroskop
Bürclər - 11 oktyabr
Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - yaxın ətrafınızdakı insanların gizlətməyə
və pərdələməyə çalışdıqları məqamları görməyə, aşkarlamağa çalışın.
Boş söhbətlərə qatılmayın. Nə isə deməzdən əvvəl yaxşı düşünün.
Başqalarının sirlərini faş etməyə can atmayın. Əks təqdirdə
qalmaqal qaçılmaz olacaq.
Günün ikinci yarısında səfər və ya gəzinti yaxşı nəticə verəcək.
Güzəştə hazır olsanız, yaxınlarınızla münasibətləriniz pis
olmayacaq. Kiçik məqamlara və xırda işlərə görə mübahisə
etməyin.
Axşam saatlarında dostlarla görüşə bilərsiniz.
Buğa - uğurlu zamandır. İntuisiyanız güclü
olsun. Situasiyadan asılı olaraq davranış modelini sürətlə
dəyişmək, gərəkli sonuca nail olmaq üçün çeviklik nümayiş etdirmək
gərəkdir. Yeni biliklər və bacarıqlar əldə edə bilərsiniz.
Müttəfiqlərinizin yardımları ilə peşəkar müstəvidəki problemləri
həll edə bilərsiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərdə sərvaxt olun. Gəzintiyə
çıxmaq üçün pis zaman deyil. Yola çıxarkən darıxmayacağınıza əmin
olun. Yaxşı dostlarla istirahət etməyə çalışın.
Əkizlər - gün qarşınızda çətin məsələlər qoyur.
Bu problemlərin öhdəsindən uğurla gələ bilərsiniz. İntellektual
səviyyəniz yüksəkdir. Yaddaşınız sizi aldatmayacaq. Diqqətə layiq
məsələləri unutmayın, qulaqardına vurmayın. Bilik və təcrübə əldə
edilməsində aktiv olun. Problemlərin həllinə yaradıcı yanaşın.
Qarşınızda geniş imkanlar yaranır.
Yeni tərəfdaş və ya müttəfiq qazana bilərsiniz.
Xərçəng - mahiyyət etibarilə pis deyil və
saatlarınızı xoş keçirə bilərsiniz. Qarşınıza çətin, əldə edilməsi
məşəqqətli hədəflər qoymayın. Cari işlərlə, situativ zərurətlərlə
kifayətlənin. Gərəkli istiqamətdə addım-addım irəliləyin. Bu gün
sizə yardım edəcək insanlar hələ uzun müddət yardımçı və
müttəfiqiniz kimi qalacaq.
İntuisiyanız yüksək səviyyədə olacaq. Ondan yararlanın. Əlverişli
məqamdan istifadə edərək maraqlı tanışlığa nail ola bilərsiniz.
Şir - gündəlik yaşamınızda yeniliklər və
dəyişikliklər barədə düşünün. Şəraitin formasına nəzər salın. Yeni
işə başlamaq olar. Amma potensial və imkanlarınızı dəyərləndirəndə
səhvə yol verməyin. Həddən artıq ağır iş və ya genişmiqyaslı layihə
sizdə ifrat yorğunluq yarada bilər.
Günün ikinci yarısında yaxınlarınız sizə dürüst məsləhətlər
verəcək, mənasız və absurd ideyaların illüzorr olduğunu göstərməyə
çalışacaqlar. Axşam saatlarını əzizlərinizlə ünsiyyətə həsr
edin.
Qız - bütün işləri qısa zamanda həll etmək
istəyi məntiq və situasiyanın şərtlərinə zidd olmaqla yanaşı, çox
qeyri-effektiv qərar ola bilər. Bununla yanaşı, rasional
davranışınız və qənaətcilliyinizi bəziləri bəyənməyə bilər.
Qıcıqlanan insanlara fikir verməyin.
Günün ikinci yarısında vəziyyətdən faydalanmaq imkanlarınız var.
Ətrafınızdakı insanların bəziləri inciyə bilər.
Axşam saatlarında bəzi şəxslər sizə xoş olmayan mövzuda söhbətə
başlayacaqlar. Enerji səviyyənizin aşağı olması aktiv hərəkətlərə
imkan vermir.
Tərəzi - ən yaxşı məziyyətlərinizi nümayiş
etdirməyə çalışın. Eqoist və təşəxxüslü davranaraq yaxın
ətrafınızdakı insanları qıcıqlandırmayın. Bir qədər təvazökar olun,
kölgəyə çəkilin.
Dəyər verdiyiniz insanların ön plana çıxmalarına şərait
yaradın.
Günün ikinci yarısında yaradıcılıq potensialınızın səviyyəsi
yüksəkdir. Məqsədə çatmaq üçün konkret addımlar atın.
Qohumlar və yaxınlarla ünsiyyət axşam saatlarına yaxın sizi
sevindirəcək. Əks cins mənsubunun yardım istəyini qulaqardına
vurmayın. Əlavə gəlirdən yararlanaraq ailə üzvlərini
sevindirin.
Əqrəb - günün ilk yarısında emosiyalarınıza
nəzarət edin. Yaxın ətrafınızdakı insanları təxribata çəkməyin,
qıcıqlandırmayın. Təmkinli davranın. Soyuqqanlı və məntiqli
olsanız, yaranan problemləri həll edə bilərsiniz.
Günün ikinci yarısında situasiyada nizam artacaq. Fiziki və
emosional baxımdan özünüzü daha yaxşı hiss edəcəksiniz.
Çoxdan başa vurmaq istədiyiniz işə qayıtmaq olar.
Yaxınlarınızın yardımlarından imtina etməyin. Onlar qayğınıza və
səmimi hisslərinizə bel bağlayırlar.
Oxatan - daha aktiv işləmək bəzi məsələlərə
yenidən baxmaq və müəyyən işləri yenidən görmək istəyi yaratsa da,
təmkinli olun. Bütün işlərə vaxt, enerji və ya imkan çatdıra
bilməzsiniz. Şərait ilk baxışdan uğurlu təsir bağışlasa da,
genişmiqyaslı layihəni ertələyin.
Günün ikinci yarısında ifrat yorğunluq hissi yaranmasın deyə
emosional olmayın, bütün hədəflərə çatmağa can atmayın. Bütün
diqqəti bir işə yönəldin.
Oğlaq - günün ilk yarısında maliyyə məsələləri
ön plana çıxacaq. Bir qədər əvvəl xərcləriniz çox olduğundan
gəlirləri artırmaq zamanıdır. İndi yeni işlərə başlamaq üçün ən
yaxşı zaman olmasa da, əlavə gəlir mənbəyi arayın.
Günün ikinci yarısında ideyalarınızı reallaşdırmaq üçün əlverişli
imkanlar arayın.
Situasiyanı nəzərə alın. Belədə ailə üzvlərinizin yaxın gələcəklə
bağlı nigaranlıqları yaranmaz. Axşam saatlarını sevdiyiniz insanla
gəzintiyə həsr edin.
Dolça - Yaşananlara sərt reaksiya verməyin,
yumor hissini unutmayın. Ən kiçik maneələrdən depressiyaya
qapılmayın. Xırda çətinliklər əhvalınızı korlamasın.
Yeniliklər əxz etməkdən, məlumatlar əldə etməkdən çəkinməyin. Bu
gün əldə edəcəyiniz xəbərlər sonradan karınıza gələcək.
Günün ikinci yarısı məsələlərin dostlar və həmfikirlərlə müzakirəsi
üçün əlverişlidir. Parlaq, maraqlı fərdlərlə tanışlıq da istisna
deyil. Axşam saatlarında qonaq qəbul etmək olar.
Balıqlar - təmkinli davranın, soyuqqanlı və
məntiqli olun. Bədxahlarınızla rəqibləriniz sizə qarşı yeni, məkrli
plan qurublar. Yaxşı bələd olmadığınız insanlardan biri
etimadınızdan sui-istifadə etməyə çalışacaq. Sadəlövhlük edərək
"saf" qərarlar verməyin.
Saatlar keçdikcə peşəkar fəaliyyətinizlə bağlı maraqlı təkliflər
alacaqsınız. Daşınmaz əmlakla əməliyyatlar və maliyyə məsələlərinin
həlli üçün münasib zaman deyil.
Günün ikinci yarısında passiv olmayın. Süstlük və tənbəllik bu gün
əsas düşmənlərinizdir.
Axşam saatlarında gəzintiyə çıxın. Normal istirahət etməyə
çalışın.
Milli.az
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ
-
Magazin202:10
“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu
-
Sosial00:45
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
-
Qoroskop00:30
Günün ULDUZ FALI: ciddi məsələlərə toxunmaq olar
-
Magazin200:15
“Avroviziya-2024”ün ikinci yarımfinalı başladı - CANLI