Qoroskop
Bürclər - 27 yanvar
Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - məhsuldar fəaliyyətə mane olacaq kiçik ixtilaflar və fikir ayrılıqları yarana bilər. Rəğbət bəsləmədiyiniz insanlarla çalışmalı olacaqsınız. Emosiyalarınıza hakim olun. Əks təqdirdə mübahisə və ya münaqişə yarana bilər.
Maliyyə çətinlikləri istisna deyil. Borc almaq məsləhət deyil.
Peşəkar fəaliyyət sahənizlə bağlı önəmli məsələni müzakirə etməyin. Təşşəbbüsləri sabaha saxlayın.
Yaşlı qohumlar və təcrübəli dostların məsləhətlərinə qulaq asın.
Buğa - bədxərc olmayın, pulları hara gəldi xərcləməyin. Lazım olmayan əşyalar almayın. Arzularınızın hamısını reallaşdırmaq mümkün deyil. İşləri təxirə salmayın, mühüm məsələlərə laqeyd yanaşmayın. Dəvət aldığınız tədbirdə yanlış davranış stili seçərək naqolay vəziyyətə düşməyin.
Hüquqi məsələləri həll etməyə çalışmaq, sənədləşdirmə ilə məşğul olmaq üçün əlverişsiz gündür. Yalnız yaxşı hazırlaşandan sonra yola çıxın.
Axşam saatlarını ailə üzvləri ilə birlikdə keçirin.
Əkizlər - başladığınız işlərdə ulduzların himayəsinə bel bağlaya bilərsiniz. Bəzən çətinliklər yaransa da, narahat olmayın. Yolunuzdakı səd və maneələri qətiyyətlə, ruh yüksəkliyi ilə dəf edin. Nüfuzlu şəxslərlə görüşlər yaxşı keçəcək. Yeni tanışlarınızda xoş təəssüratlar oyatmağa çalışın.
Alış-veriş, interyer əşyaları və mebel almaq üçün əlverişli zamandır. Təmir və ya köçlə bağlı məsələləri müzakirə etmək olar.
Xərçəng - çox işlər görmək gərəkdir. Qüvvələrinizi düzgün paylaşdırın. İntuisiyaya əsaslanaraq hərəkət edin. Nəyi nə zaman etmək gərəkdiyini təhtəlşüurunuz deyəcək.
İşgüzar danışıqlar, uzunmüddətli əməkdaşlıq və ya iş yerinin dəyişdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün əlverişli zamandır.
Təhsil və biliklərin artırılması üçün uğurlu gündür.
Günün ikinci yarısında səhhətinizdə yaranan kiçik problemlər sizi bəzi planlardan imtinaya vadar edəcək. Qüvvənizi bərpa edin.
Darıxmaycaqsınız. Qeyri-adi və maraqlı işi çətinlik çəkmədən tapacaqsınız.
Şir - gərgin və çətin gündür. Əvvəlki günlərlə müqayisədə münaqişələrin sayı artır. Emosiyalarınıza hakim olun. Əks təqdirdə bədxahlarla düşmənlərinizin sayı arta bilər. Yaradılmasına xeyli səy və zəhmət xərclədiyiniz münasibətlərdən biri göz qabağında darmadağın olacaq. Situasiyanı dəyişmək üçün təcili addımlar atın.
Ailə üzvləri il təmaslarda sınaq zamanıdır. Ev və məişət qayğıların çözülməsi xeyli vaxt alır. Nüfuzunuz sınanır.
Günün ikinci yarısında köhnə dostlardan xoş xəbərlər alacaqsınız.
Qız - işgüzar danışıqlar, sözlərinə önəm verdiyiniz insanlarla ünsiyyət üçün əlverişli zamandır. İşdə müsbət dəyişikliklər mümkündür. Çoxdankı plan və niyyətlərinizdən birini gerçəkləşdirmək imkanları var.
Yeni müttəfiqlər peyda olur. Onlardan anlayış və mənəvi dəstəklə yanaşı, yetərincə real yardım gözləmək olar.
Mürəkkəb məsələlərin müzakirəsi, intellektual əmək üçün münasib gündür. Sənədləşdirmə, hesabatların hazırlanması ilə də məşğul ola bilərsiniz. Biznes-planlar quranda ən kiçik məsələlərdə səhv etməyin.
Tərəzi - yalnız ilk baxışdan mənasız təsir bağışlayan danışıqlar çox vaxt alır. Halbuki həmin söhbətlər və danışıqlarda mühüm məlumat əldə edə bilərsiniz. Planlarızı reallaşdırmaq üçün yeni müttəfiqlər arayın. Dəvət aldığınız tədbirə qatılın. Belə tədbirlərdə peşəkar fəaliyyətiniz baxımından faydalı tanışlıqlara nail ola bilərsiniz.
Yeni tanışlarla ünsiyyət zamanı ehtiyatlı olun. Sirr və gizlinlərinizi onlarla bölüşməyə tələsməyin.
Səfər və səyahətlər, habelə xarici dil öyrənmək üçün əlverişli zamandır.
Əqrəb - işgüzar danışıqlar üçün əlverişli gündür. Mövqeyinizi qoruyun. Kimsənin xətrinə dəyməyin. Haqlı olduğunuzu ətrafınızdakı insanlara anladın. Yeni müttəfiqlər və tərəfdaşlar tapın. Bu gün başlayacaq istənilən əməkdaşlıq uzunmüddətli və məhsuldar ola bilər. İşgüzar danışıqlar pis keçməyəcək.
Şəxsi münasibətlərdə sayıq və həssas olun. Təmaslarda çevik olun. Yeni tanışlıqlar zamanı sərvaxt davranın. Sizə əsla uyğun olmayan insanlarla əlaqələrdə aktiv olmayın.
Yeni tərəfdaşlığa başladığınız insanlar barədə dürüst təəssürat tezliklə yaranmayacaq. Zahiri parıltı sizi aldatmasın.
Oxatan - nüfuzunuzu qoruyun. Ətrafınızda sizə zərbə vurmaq istəyən insanlar var. İşdə həmkarlarla ixtilafın ciddiləşməsi, rəhbərliklə münaqişələr mümkündür. Davranışınız bəzilərinə orijinal və ya qəribə, hətta ekstravaqant təsir bağışlaya bilər. Ənənəvi dəyərlərin "mühafiz"ləri sizi "dürüst davranmağa" çağıracaqlar. Amma hər şeyə rəğmən, yolunuzdan çəkinməyin və irəliləyişi davam etdirin.
Xoş sürprizlər istisna deyil. Qəfil gəlir və işgüzar təklif ola bilər. Gəlirlərinizi əhəmiyyətli dərəcədə artıra bilərsiniz.
Səhhətiniz normadadır. Problemlər olmayacaq.
Oğlaq - əməkdaşlığın yeni formatının reallaşdırılması üçün yaxşı zamandır. Tərəfdaşlarınızdan biri nüfuzlu və müstəqil adam olarsa, işlər lap yaxşı alınacaq. Uğur qazanmış insanlar sizi dəstəkləyirlər. Uğursuzlar isə tənqidlər səsləndirir, paxıllıq edirlər. Belələrinin dediklərinə fikir verməyin.
Sövdələşmə, anlaşma, alış-veriş üçün yaxşı gündür. Şəxsi münasibətlər baxımından neyrtral zamandır. Bu sahədə ciddi dəyişikliklər olmayacaq. Səhhətinizə fikir verin.
Axşam saatlarında aktiv istirahəti seçin.
Dolça - çoxsaylı çətinliklər olacaq. Amma onların hamısını dəf etmək mümkündür. Bunu bilin və təslim olmayın. Planlaşdırdığınız işlər alınmayanda bədbinliyə qapılmayın. Nüfuzlu rəqib və ya bədxahla toqquşmada qalib gəlmək imkanlarınız var.
İşdə həmkarlarla dil tapın. Etibar etmədiyiniz insanlara inansanız, çox ciddi səhv edəcəksiniz. Yeni tanışlıqlar və ya münasibətlərin başlanması istisna deyil.
Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Zökəm və soyuqdəymə istisna deyil. Profilaktik tədbirlər görün.
Sükan arxasında uzun müddət qalmayın.
Balıqlar - günün ilk yarısı uğurlu olacaq. Əvvəllər mümkünsüz təsir bağışlayan işləri indi görə bilərsiniz. Ehtiyac duyduğunuz dəstəyi alacaqsınız. Az sonra karınıza gələcək pulları əldə edəcəksiniz. Uzaqdan gələn xəbərlər sizi sevindirəcək.
Günün ikinci yarısı nisbətən problemlidir. Səhhətinizdə problemlər yarana bilər. Əhvalınızın pisləşməsi, özünüzə güvənin itməsi istisna deyil. Tənqidə aqressiv reaksiya verməyin. Ən kiçik iradlar sizi təbdən çıxarmasın. Başqasının fikrini əsas sayaraq lazım bildiyiniz işləri təxirə salmayın.
Milli.az
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO