Ulduz falı - 18 iyul
Bizi izləyin

Qoroskop

Ulduz falı - 18 iyul

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Hisslərin əsiri olmayın. İşgüzar görüşlər, əməkdaşlıq şərtlərinin müzakirəsi, yeni sərfəli tərəfdaşlığa başlamaq üçün əlverişli gündür. Təşkilati fəaliyyətlə bağlı ideyalar pis deyil. Rəhbərliklə görüşərək həmin ideyaları müzakirə etmək olar.

Kadr məsələlərinin həlli zamanı laqeyd müşahidəçi mövqeyi tutmayın.

Problemlərin həllində qeyri-standart variantları seçin.

Ailə üzvləri ilə ünsiyyət üçün yaxşı zamandır. Yaşlı qohumlar və uşaqlarla təmaslar sizə müsbət emosiyalar verəcək.

Sevdiyiniz insanla münasibətlərdə qayğıkeş, həssas olun. Belədə fikir ayrılığı və ixtilaf riski minimuma enəcək.

Buğa - İmkanlarınızı və resurslarınızı qoruyun. İşdə başladığınız layihəyə iddialılar peyda ola bilər. Pulunuzu, fəaliyyət arealınızı, maraqlarınızı qoruyun. İddiaların sayı arta bilər. Yaxın adamlardan biri qısqanclıq üçün səbəb yaradacaq.

Günün ikinci yarısında tərəfdaş və ya şəriklərdən biri ilə münasibətlərdə anlaşılmazlıq yarana bilər. Mövqelərinizi qoruyun, amma ifrata varmayın. Eqoist və xudpəsənd insan təsiri bağışlamayın. Situasiyanı real dəyərləndirin, adekvat qərarlar qəbul edin.

Hadisələrə təsir imkanlarına malik insanla təmasları passivləşdirməyin.

Əkizlər - Günün ilk yarısında asan işlərin çətinləşməsi istisna deyil. Sadə variantlar yoxdur və onları da aramayın. Səbrli olun. Hadisələrin tempi sizin gözlədiyiniz sürətdən aşağı olacaq.

Bütün diqqəti işə yönəldin.

Günün ikinci yarısında laqeydlik işlərdə zəruri effektin əldə edilməsinə maneələr yaradacaq. İş yerində yeni intriqa yaranacaq. Gündəlik işlərin, rutin qayğıların artımı istisna deyil.

Başqalarının işlərini görməli olacaqsınız. Pulsuz olduğunu düşündüyünüz nəsnənin pullu olduğunu axşam saatlarında anlayacaqsınız. Səhhətinizə fikir verin.

Köhnə ağrıların residivi ola bilər.

Xərçəng - Günün ilk yarısı mahiyyət etibarilə uğurludur. Situasiyaların əksəriyyətində intuisiyanız dadınıza çata bilər. Hisslərinizi sözlərlə pərdələməyin. Dəyər verdiyiniz insanla aranızda tam qarşılıqlı anlaşma olmalıdır. İşgüzar fəaliyyətinizdə ən kiçik detallara fikir verin. Təşəbbüskar olun, yaxın ətrafınızdakı insanların ideyalarından yararlanın.

Günün ikinci yarısında xərclərə, gəlirlərə, sərmayəyə fikir verin. İstəklərinizə nəzarət edin. Hisslərinizi cilovlayın, soyuqqanlı olun. Reallıq hissini itirməyin.

Şir - Günün ilk yarısından etibarən emosional gərginliyin artması, əsəblərin tarıma çəkilməsi istisna deyil. Müvəqqəti çətinlikləri dəf edin. Maddi və məişət problemlərini vaxtında çözün. Ötənlərdəki məğlubiyyətlərdən birinin fəsadlarını indi hiss etməyə başlayacaqsınız.

Günün ikinci yarısında ailə üzvlərindən birinin problemi, yaxud da mənzil və ya daşınmaz əmlakla bağlı məsələ başağrısına çevriləcək.

Hər şeyi müftə əldə etməyin mümkün olmadığını unutmayın. İddialı, aqressiv olmayın. Emosiyalarınızı nümayiş etdirməyin. Axşam saatlarında alış-veriş və daşınmaz əmlakla əməliyyatlar məsləhət deyil.

Qız - Məntiqli davranın. Qərarların qəbulunda emosiyaların əsirinə çevrilməyiniz bütün işlərinizə zərbə vura bilər. Diqqətdən qaçan xırdalıqlar ciddi problemlərə çevrilməməlidir. Təxəyyülü reallıq saymayın.

Sizi anlayan insanlarla ünsiyyətdə olun. Yaxşı tanımadığınız insanlara inanmayın. Düşünülməmiş addımlar atmayın.

Günün ikinci yarısında təmaslarda qarşılıqlı anlaşmanın əhəmiyyəti artacaq. Kiçik məsələləri böyütməyin. Yerinə yetirə bilməyəcəyiniz işi bitirəcəyinizi vəd etməyin.

Tərəzi - Düşünülməmiş addımlar atmayın. Şirnikləndirici təkliflərə aldanmayın. Fərdi potensialınızı olduğundan artıq dəyərləndirməyin. Başqalarının işini görmək istəyirsinizsə, ilk əvvəl öz maraqlarınızı düşünün.

Günün ikinci yarısında dəbdəbəyə meylli olmayın. Hər deyilən sözə aldanmayın. Maliyyə vəsaitinizin qayğısına qalın. Həddi keçməyin. Özünüzün və yaxın ətrafınızdakı insanların imkanlarını real qiymətləndirmədən maliyyə əməliyyatlarına başlamayın.

Əqrəb - Gerçəkdən də, qarışıq, mürəkkəb, çətin gündür. Fəqət, problemlər müvəqqəti səciyyəlidir və az sonra həll olunacaq. Uzunmüddətli öhdəliklər götürməyin, vədlər verməyin. Cari işləri başa vurmamış yeni planlar qurmayın. Boş vaxtınız az olacaq. Süst və ətalətli davranmayın.

Əyləncəni ixtisara salmaq olar.

Günün ikinci yarısı nüfuzlu insanlarla görüş, dövlət qurumlarına baş çəkmək üçün əlverişli deyil. Romantik görüş də pis alınacaq. Bu səbəbdən də ciddi səhvlərə yol verməməyə çalışın.

Oxatan - Səhhətiniz, maliyyə durumunuz, ailəvi durumunuzla bağlı köhnə komplekslər sizə mane olacaq. Sizi ifşa etmək istəyən insanlar var. Əməyinizin bəhrəsini görmək istəyirsinizsə, tənqidlərdən çəkinməyin.

Günün ikinci yarısında fəaliyyət sahənizi kənar müdaxilələrdən qoruyun. Karyera inkişafına can atın. Nüfuzunuzu qoruyun. Ötənlərdəki olayların fəsadlarının bundan sonrakı hadisələrə mənfi təsirinə imkan verməyin. Mühüm addımlar barədə geniş məlumatlar verməyin. Sirr saxlamağı bacarın.

Axşam saatlarında normal istirahət edin.

Oğlaq - İntuisiyanıza və şəxsi təcrübənizə güvənə bilərsiniz. Bələd olduğunuz insanların yeni tələlərini əvvəlcədən görün, onlardan yan keçin. Ciddi işə başlamaq istəyirsinizsə, əməllərinizə nəzarət edin. İstəkləriniz absurd olmamalıdır.

Günün ikinci yarısında hisslərə aldanaraq yanlış qərarlar verməyin. Maraq dairənizdən asılı olaraq yeni fəaliyyətə başlamaq olar. Şəxsi həyatdakı yenilikləri dəyərləndirin.

Maraqlarınızın təminatına çalışın.

Axşam saatlarında yaradıcılıqla məşğul olun.

Dolça - Hisslərin əsiri olmayın. Qisas və ya inciklik çox pis məsləhətçilərdir. Rəqibi mütləq şəkildə üstələmək, zəhmətinizin bəhrəsini görmək istəyi yaranacaq. Bədxahları geridə qoyun və onlardan daha yaxşı olduğunuzu göstərin.

Tərəfdaşlarınızdan birinin xudpəsəndliyi sizi sinirləndirməsin.

Sevdiyiniz insanın qədrini bilin. Təxribatlara uymayın, əks təqdirdə əsla gərək olmayan işlərə pul və vaxt sərf etməli olacaqsınız. Dəbdəbə istəyinə uymayın. Hələlik hazır olmadığınız uğurlar istəyindən əl çəkin.

Balıqlar - Günün ilk yarısından etibarən müxtəlif situasiyalarda fərqli insanlarla çalışmalı olacaqsınız. İşdə həmkarlarınız, rəhbərlik və hətta əsla tanımadığınız insanlar sizdən sui-istifadə etməyə çalışa bilərlər. Mövqelərinizin zəiflədilməsinə, planlarınızın alt-üst olmasına can atan insanların fəallaşmasına imkan verməyin.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla qayğıkeş olun. Ağır işlərə başlamayın. Qüvvənizə və resurslarınıza qənaət etmək üçün axşam saatlarında tək qalın.

Normal istirahətə can atın. / Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm