Qoroskop
Astroloji proqnoz - 19 dekabr
QOÇ - Nigarançılığa heç bir əsas yoxdur. Əgər özünüz kimisə aldatmasanız, sizə qarşı belə bir hal baş verməyəcək. Ulduzlar nahardan sonra yeni təkliflər alacağınızdan xəbər verir.
BUĞA - Kifayət qədər məhsuldar gündür. Bu səbəbdən də bütün gücünüzü fəaliyyət istiqamətinə yönəltməlisiniz. Sağlıq durumunuzu nəzarətdə saxlayın. Günorta təzə xəbərlər eşidəcəksiniz.
ƏKİZLƏR - Böyük dəyişikliklər astanasındasınız. Amma yüz dəfələrlə ölçüb-biçməlisiniz ki, seçimdə yanılmayasınız. Çünki yaxın gələcəyiniz indiki addımlarınızdan birbaşa asılıdır.
XƏRÇƏNG - Anlaşılmaz bir gün yaşayacaqsınız. Sanki mistik məxluqlar ətrafınızda dolaşmaqdadır. Bəzən su içmək kimi asan olan bir işiniz daşdan keçir. Bəlkə günahı özünüzdə axtarasınız?!
ŞİR - Bütün astroloji göstəricilər bu gözəl gündə şəxsi büdcənizin artacağından xəbər verir. Deməli, digər işləri ikinci plana salıb əsas diqqətinizi pul amilinə yönəltməlisiniz.
QIZ - Müəyyən gərginliklə baş-başa qalacağınız mümkündür. Bir tərəfdən müsahiblərinizin sizi anlamaması, digər tərəfdənsə daxili orqanlarınızın nasazlığı əsəblərinizi tarıma çəkə bilər.
TƏRƏZİ - Həmkarlarınızla münasibətləri hədəqəsindən çıxarmasanız, ixtiyarınızda olan bu təqvimdən narazı qalmayacaqsınız. Saat 15-17 arası işgüzar görüşləriniz gözlənilir.
ƏQRƏB - Yeni əlaqə və tanışlıq üçün ideal ərəfədir. Bu gün ailə-sevgi münasibətləri də qaydasına düşəcək. Amma xarakterinizdən gələn "bircə anda hər şeyi alt-üst etmək" metodundan uzaq olun.
OXATAN - Saat 13-ə qədər və 18-dən sonra ümumi vəziyyətiniz yaxşı olacaq. Qalan müddətdə isə sizi hiddətləndirə bilən hadisələr mümkündür. Bu səbəbdən də gün ərzində hər adamla ünsiyyət qurmayın.
OĞLAQ - Bəxtinizdə olduqca rəvan bir gün durur. Ələlxüsus da saat 13-dən başlayaraq rastlaşdığınız hadisələr ovqatınızı yüksəldəcək. Aldığınız təkliflərdən qətiyyən imtina etməyin.
SUTÖKƏN - Nədənsə hadisələri qabaqlamaq, iştirakçısı olduğunuz proseslərin nəticələrinə tez-tələsik nail olmaq istəyirsiniz. Amma unutmaq olmaz ki, səbr və təmkin insanın ən böyük xilaskarıdır.
BALIQLAR - Münasibətlər zəminində olduqca neqativ gündür. Odur ki, istənilən ciddi söhbətdən uzaqlaşın. Risk və sövdələşmələrə isə qətiyyən baş qoşmayın. Yalnız səfərlə bağlı uğurlarınız var.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı