Qoroskop
Səbuhi Rəhimlidən fevralın 25-nə olan astroloji proqnoz
QOÇ - Şəxsi işlərinizdə müsbət dönüş gözlənilir. Amma bir az diqqətli olun. Çalışın ki, "qatara" gecikməyəsiniz. Nahardan sonra xoşagəlimli hadisələr olmalıdır. Qohumlarla əlaqə saxlayın.
BUĞA - Yaxşı olar ki, sizə aidiyyatı olmayan məsələlərə qarışmayasınız. Əlavə başağrısı nəyinizə lazımdır? Öz ideyalarınızı reallaşdırmağa çalışın. Əsas vaxtı sevgiyə yönəldin.
ƏKİZLƏR - Ulduzların düzümü təxminən saat 13-dək riskli işləri təxirə salmağı tövsiyə edir. Əks təqdirdə mübahisələrə mübtəla olacaqsınız. Sonrakı müddətdə isə yeni təkliflər alacağınız gözlənilir.
XƏRÇƏNG - Bu maraqlı təqvimdə səfərə çıxmaq üçün şanslarınız var. Odur ki, hazırlaşmağa dəyər. Yalan vədlər vermək, yaxın adamları aldatmaq sizə zərər yetirə bilər. Bəxtinizdə pul da var.
ŞİR - Maliyyə problemlərinizin artmasına baxmayaraq iş prinsipində hər şey ürəyinizcə olacaq. Ola bilsin ki, sizi narahat edən bəzi fəaliyyət sahələrində irəliləyiş baş versin.
QIZ - Bacardığınız qədər neytral olun. Yeni işlərə başlamaq, risk etmək, hansısa qeyri-müəyyən münaqişələri yatırtmaq fikrinə düşməyin. Yalnız adi işlər görməklə bu təqvimi başa vurun.
TƏRƏZİ - Bəxtinizdə mistik bir gün durur. Belə ki, qeyri-adi hadisələr, anlaşılmaz situasiyalar sizi müşayiət edəcək. Hisslərinizə nəzarət etməyi unutmayın. Ziyarətgahlara baş çəkin.
ƏQRƏB - Qarşınızda mübahisəli bir təqvim durur. Hisslərinizi cilovlayın. Başqaları haqqında əmin olmadığınız rəy bildirməyin. Dondurduğunuz işləri isə saat 18-dən sonra davam etdirə bilərsiniz.
OXATAN – Ulduzlar ilk növbədə əsəblərinizi qorumağı tövsiyə edir. Çünki indiki məqamda çılğınlıq etməyiniz sizi çox şeydən məhrum edə bilər. Əməkdaşlıqda isə uğurlarınız gözlənilir.
OĞLAQ - Dünəndən bəri mənfi enerjili Ay bürcünüzdə qərar tutsa da, ovqatınız yaxşı olacaq. Ətrafınızdakı hadisələr sizə sevinc bəxş edə bilər. Saat 14-dən sonra şəxsi büdcənizi artıra bilərsiniz.
SUTÖKƏN - İndiki məqamda lovğalıq və özündənrazılıq kimi hisslər sizə başucalığı gətirən deyil. Bu səbəbdən də reallığa qiymət vermək lazımdır. Təcrübəli adamlardan yararlanın.
BALIQLAR - Qarşılıqlı münasibətlər zəminində bəzi xoşagəlməzliklərlə rastlaşa bilərsiniz. Odur ki, özünüzü mümkün qədər cilovlamalısınız. Nəqliyyatdan az yararlanın. Fiziki işlərə ara verin.
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO