Region
Türkiyə prezidenti ilə bağlı ŞOK ÇAĞIRIŞ: “Bu, Ərdoğanı devirmək üçün son şansdır”
PKK terror təşkilatının liderlərindən olan Cəmil Bayık Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar seçkilərlə bağlı çağırış edib.
Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, terrorçuların lideri 24 iyunun prezident Rəcəb Tayyib Ərdoğan və Milliyyətçi Hərəkat Partiyasının (MHP) başçısı Dövlət Baxçalı arasında qurulan ittifaqın (“Cümhur ittifaqı”) yıxılması üçün son şans olduğunu bildirib.
Ərdoğan-Baxçalı ittifaqının uğur qazanmasının pis nəticə olacağını deyən Cəmil Bayık Xalqların Demokratik Partiyasının (HDP) seçki baryerini keçməsinin vacib olduğunu deyib.
Qeyd edək ki, İYİ, Səadət və Demokrat Partiyaları ilə ittifaq quran Cümhuriyyət Xalq Partiyası (CHP) HDP-ni ittifaqa daxil etməyib. CHP lideri Kamal Kılıçdaroğlunun bunu İYİ Partiyasının lideri Meral Akşenerin tələbi ilə etdiyi bildirilir.
Bununla belə, HDP-nin Mardindən olan millət vəkili Mithat Sancar seçkilərin ikinci tura qalacağı halda, partiyanın CHP-nin prezidentliyə namizədi Məhərrəm İncənin dəstəkləyəcəyini söyləyib.
Ömər Dağlı
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO